Yuxarı

Fateh Beydili İlham Əliyevi təbrik etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Fateh Beydili İlham Əliyevi təbrik etdi

Türkman Həkimləri Dərnəyinin sədri Muxtar Fateh Beydili Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Axar.az xəbər verir ki, təbrikdə deyilir:

"Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan.

Mən Hələb şəhərindən olan azərbaycanlı, türkman. İmadəddin Nəsiminin övladları olaraq, müzəffər sərkərdəlik məharətinizlə şanlı Ordumuzun Qarabağ cəbhəsində qazandığı möhtəşəm hərbi zəfər münasibətilə Sizi və Sizin komandanlıq etdiyiniz Silahlı Qüvvələrimizi ürəkdən təbrik edirik. Siz Azərbaycan dövlətinin və xalqının, bütün türk dünyasının qürurusunuz.

Biz - ölkə hüdudlarından kənarda yaşayan hələbli türklər sevinirik ki, Sizin kimi qətiyyətli, müdrik və uzaqgörən Ali Baş Komandanımız var. Sizin rəhbərliyinizlə Silahlı Qüvvələrimizin işğal altında olan Qarabağ torpaqlarını qanı və canı bahasına necə işğaldan azad etdiyini qürur hissi ilə yaxından izlədik. Bu haqq işində bütün qəlbimizlə Sizin, xalqımızın və Ordumuzun yanındayıq. 27 ildən artıq sürən amansız ayrılığa Vətən müharibəsi ilə ədalətli şəkildə birdəfəlik son qoydunuz. Qarabağı, eləcə də ətraf rayon və şəhərlərimizi işğaldan azad edərək tariximizin ən müqəddəs səhifəsini qızıl hərflərlə yazdınız və bu şərəfli salnamənin müəllifinə çevrildiniz. Hər dəfə Allaha dua edirdik və bundan sonra da edəcəyik ki, Tanrı Sizi və millətimizi, Vətənimizin keşiyində duran hərbçilərimizi pənahında saxlasın, qorusun! Allah ərazi bütövlüyümüz uğrunda canlarından keçən şəhidlərimizə rəhmət eləsin!

Tarix
2020.11.30 / 19:04
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya Cənubi Qafqazda təsirini belə itirir - Ukrayna kəşfiyyatı

Hacıyev Şəki barədə hazırlanan filmi paylaşdı - Video

Səfirliyimizə terror hücumundan üç il ötür

AzTV sədri Vəli Əkbəri işdən çıxartdı - Səbəb

İlham Əliyev uzaqgörən liderdir - İsrail XİN başçısı

İran federallaşmalıdır, yoxsa parçalanmalı?

Saar Bakıda Türkiyədən danışdı: Təssüf ki, münasibətlər...

İrana hücum mütləq olacaq - Millət vəkili

Tramp Bakıya getməli və Əliyevlə... - Dorandan mühüm

Tezliklə Bakıya rəsmi dəvət göndəriləcək - Matevosyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla