Yuxarı

İrəvanın Bəyanatdan qazancı nə olacaq? - Ovannisyan

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İrəvanın Bəyanatdan qazancı nə olacaq? - Ovannisyan

Qarsdan keçən dəmir yolu Ermənistana Aralıq dənizinin limanlarına getmək və Avropaya mal daşımaq üçün şans verəcək.

Axar.az xəbər verir ki, bunu "Trans Logistik Qafqaz" ekspeditor şirkətinin rəhbəri Yegişe Ovannisyan bildirib.

O qeyd edib ki, Azərbaycan və Türkiyəyə yollar açılarsa, Ermənistan daha çox dəmir yolu bağlantısından istifadə etməlidir:

“Marqara nəzarət-buraxılış məntəqəsi ilə Türkiyəyə gedən yol da müəyyən mənada vacibdir, lakin Axuryan-Qars xəttinin daha çox perspektivi var, çünki Aralıq dənizi limanlarına giriş imkanı verir".

Onun sözlərinə görə, gələn həftə yeni iqtisadiyyat naziri Vaan Kerobyan iş adamları və mütəxəssislərlə bölgədəki kommunikasiyaların blokadadan çıxarılması istiqamətində müzakirə aparacaq.

"Ermənistanın dəmir yollarını güzəştlə işlədən Rusiya Dəmir Yollarının törəməsi olan Cənubi Qafqaz Dəmir Yolu Sovet İttifaqı dağılandan sonra Ermənistanda dəmir yolunu bərpa etdi. Bu yol hələ də dalandadır (ölkədən çıxışı yoxdur), lakin yenə də təmir edilib. Türkiyə tərəfindəki yol nisbətən yaxşı vəziyyətdədir. Bir neçə il əvvəl bu yollarda idim. Çox şeyin dəyişdiyini düşünmürəm. Təmirə ehtiyac varsa, yalnız kosmetik işlər görüləcək", - Ovannisyan vurğulayıb.

Ovannisyan Türkiyə üzərindən yolun Potidən daha rahat olduğunu və Gürcüstan limanlarının yalnız Rusiya ilə yük dövriyyəsi üçün istifadə edilə biləcəyini qeyd edib.

Naxçıvan üzərindən İran və Rusiyaya dəmir yolu əlaqəsinin texniki baxımdan bu günün və ya sabahın məsələsi olmadığını deyən Ovannisyan hər iki istiqamətdə dəmir yollarının əsaslı təmir edilməli olduğunu vurğulayıb:

“Hər şey qeyri-müəyyəndir, bu barədə söhbətlər hələ mücərrəddir. Bunun nə qədər real olacağını deyə bilmərəm”.

Qeyd edək ki, 10 noyabrda imzalanan Bəyanata əsasən, Ermənistanla kommunikasiyalar bərpa edilməlidir. Azərbaycanla Türkiyənin quru yolunu təmin edəcək Zəngəzur dəhlizinin isə bölgə iqtisadiyyatına böyük töhfə olacağı bildirilir.

Tarix
2020.12.01 / 09:07
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

Ərdoğan Rüstəm Behrudinin şeirini oxudu - Video

Mehdiyevdən sonra iki böyük vəzifəli şəxs həbs olunacaq

Leyla Əliyeva Şamaxı sakinlərinin qonağı oldu - Video

Gizir Xanıya şəhidlik statusu verildi

Qafan–İrəvan yolunda Azərbaycan bayrağı - Video

Türkiyə Gültəkin Hacıbəyli ilə bağlı qərarını verdi

Tibb müəssisələrində əlavə ödəniş tələbi ilə bağlı tapşırıq

Ermənistan sülhlə bağlı səmimi görünmür

Ərdoğan Naxçıvan sazişindən danışdı: Dönüş nöqtəsi...

AB iki Azərbaycan vətəndaşına sanksiya tətbiq etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla