Yuxarı

Üçüncü Qarabağ savaşı artıq bunun uğrunda gedəcək

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Üçüncü Qarabağ savaşı artıq bunun uğrunda gedəcək

Laçının azad olunması ilə 90-cı illərdə yaranmış hərbi-siyasi vəziyyət ortadan qalxdı və Müzəffər Ordumuz BMT qətnamələrinin hamısını yerinə yetirərək, dünyada sülhə və təhlükəsizliyə cavabdehlik daşıyan ən böyük qurumu 27 illik qınaqdan və nüfuz itkisindən xilas etdi.

Axar.az xəbər verir ki, bu sözləri millət vəkili, STM İH sədri Zahid Oruc bildirib.

Onun sözlərinə görə, artıq həmin sənədlər yalnız tarix üçün əhəmiyyət daşıyır:

"Siyasi təqvimdə 1 dekabr günü eyni zamanda, Ali Baş Komandan İlham Əliyevin fədakar millətimiz və şanlı Silahlı Qüvvələrimizlə birgə təkcə hərbi deyil, eləcə də diplomatik-siyasi gücü, imzasının hökmü ilə torpaqlarımızı təcavüzkarlardan təmizləməyə qadir olduğunu beynəlxalq ictimaiyyətə göstərdi.

10 noyabr sazişinin işləməsi, dövlətimizin hesabına regionda formalaşan yeni geopolitik, eləcə təhlükəsizlik atmosferi Qafqazda yeni arxitektura qurmağa imkan verəcək.

İndi sürətli bir şəkildə Qarabağda erməni silahlı qüvvələrinin bölgədən çıxarılması, Rusiya sülhyaradıcı qüvvələrinin nəzarəti altında olan ərazilərin ölkəmizin suveren haqları altına qaytarılması, qardaş Türkiyənin iştirakı ilə regionun gələcəyinə dair yeni strateji planların icrası mərhələsinə başlamaq gərəkdir.

Onu da qeyd edək ki, Laçın dəhlizinin təklükəsiz çalışması bizim dövlət strukturlarının zəmanəti altında olduğu üçün Qarabağda qanunsuz separatçı strkuturun hər hansı qalıqlarını qoruyub saxlamaq mümkün olmayacaq. Digər tərəfdən, elə bu gündən başlayaraq, Naxçıvanla kommunikasiyaya dair birgə bəyanatda nəzərdə tutulan öhdəliyin yerinə yetirilməsinə başlanılması Qarabağla cəmi bir yolla əlaqə dəhlizinin təhlükəsiz çalışmasında ən mühüm faktorlardan biri olacaqdır. Yəni, dəhlizlər coğrafi olmasa da, siyasi və ictimai işləklik baxımından bir-birindən ayrılmaz şəkildə bağlıdır".

Millət vəkili bildirib ki, qarşıdakı yaxın dövrdə Ermənistan Türkiyə və Azərbaycanın ərazi bütüövlüyünü tanıyaraq, bütün tarixi iddialarından geri durduğunu bəyan edərsə, eləcə də əsrlərlə yürüdülən mifik ictimai-siyasi, həmçinin ideoloji kursun ağır mirasından imtina edərsə, o halda bölgədə daha geniş arealda kommunikasiyaların açılması mümkün ola bilər:

"Əks halda Ermənistanın regional missiyasını revanşizmdə, yaxud hərb partiyası adı altında şərti bir qüvvənin hazırki rejimi devirməsi hesabına formalaşacaq yeni hakimiyyətin ənənəvi xəttə qayıdışı baş verərsə, onda 3-cü müharibə artıq Qarabağ ətrafında deyil, “ermənisiz Qafqaz” hədəfi və yekunu uğrunda gedəcək!"

Tarix
2020.12.01 / 10:40
Müəllif
Axar.az
Digər xəbərlər

Ərdoğan Rüstəm Behrudinin şeirini oxudu - Video

Mehdiyevdən sonra iki böyük vəzifəli şəxs həbs olunacaq

Leyla Əliyeva Şamaxı sakinlərinin qonağı oldu - Video

Gizir Xanıya şəhidlik statusu verildi

Qafan–İrəvan yolunda Azərbaycan bayrağı - Video

Türkiyə Gültəkin Hacıbəyli ilə bağlı qərarını verdi

Tibb müəssisələrində əlavə ödəniş tələbi ilə bağlı tapşırıq

Ermənistan sülhlə bağlı səmimi görünmür

Ərdoğan Naxçıvan sazişindən danışdı: Dönüş nöqtəsi...

AB iki Azərbaycan vətəndaşına sanksiya tətbiq etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla