Yuxarı

Putin Qarabağda möhkəmlənir, “marionetini” isə… - Erməni KİV

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Putin Qarabağda möhkəmlənir, “marionetini” isə… - Erməni KİV

Putinə iqtisadi və daxili siyasi problemlər girdabına düşən zəif Ermənistan lazımdır. O, NATO-nun planlarına qarşı çıxmaq üçün Qarabağ bölgəsində möhkəmkənmək istəyir.

Axar.az xəbər verir ki, bu barədə Ermənistanın “Armenian Report” nəşri məqalə dərc edib.

“Putin Ermənistanda hakimiyyətə Kremlin marionetini gətirmək istəyir, məhz buna görə hakimiyyətin dəyişməsinə nail olmağa çalışır. Onun başqa planları da var. Bu çərçivədə qeyd etmək lazımdır ki, NATO Rusiyanın Belarus və Qarabağda fəallaşmasını görməyə başlayıb. Təsadüfi deyil ki, bu məsələ dekabrın 1-dən 2-dək NATO-ya üzv ölkələrin nazirlərinin müzakirə mövzularından biri olacaq. “Rusiyanın Belarus və Dağlıq Qarabağdakı münaqişələrin həllində vasitəçi kimi güclü iştirakını görürük”, deyə dünən NATO-nun baş katibi bildirib”, — məqalədə qeyd olunub.

Müəllif vurğulayıb ki, hazırda hər şey yaxşı görünür, amma vəziyyət dəyişə bilər:

“Bildiyimiz kimi, NATO nümayəndəliyində 30 ölkə mövcuddur. Rəsmi nümayəndələrdən əlavə bir neçə ölkə qurumun üzvlük üzrə fəaliyyət planına uyğun davranaraq, nümayəndə seçilə bilər. Bu çərçivədə NATO-nun qərargahında texniki səviyyədə razılığa gəlinib ki, Gürcüstan hətta sabahdan NATO-dan dəstək görə bilər. Bundan başqa, çoxları Tiflisin üzvlük üzrə fəaliyyət planının tələblərini əhəmiyyətli dərəcədə yerinə yetirdiyi, yaxın perspektivdə isə Gürcüstanın alyansın 31-ci üzvü olacağı barədə iddialar irəli sürür. Bu vəziyyət, şübhəsiz ki, Rusiya tərəfindən müqavimətlə qarşılanacaq. Ona görə də Rusiya NATO-nun planlarını pozmaq üçün Qarabağda möhkəmlənmək istəyir”.

Tarix
2020.12.01 / 15:15
Müəllif
Fatimə Zülfüqar
Digər xəbərlər

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla