Yuxarı

Ermənilər Şaxta babanı da özününküləşdirdilər

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənilər Şaxta babanı da özününküləşdirdilər

Nuhun gəmisi Ağrı dağının zirvəsində dayanıb.

Hər il Yeni il ərəfəsində bütün dünyada bayramla yanaşı onun ayrı-ayrı personajları və elementlər də geniş müzakirə obyektinə çevrilir. Müzakirə olunan əsas mövzulardan biri isə Şaxta baba yaxud da Santa Klausun hansı millətdən olması, nə ilə yaşamasıdır.

Təbii ki, hər bir ölkənin Şaxta babanın haradan gəlməsi barədə öz rəyi var. Azərbaycandakı Şaxta baba Rusiyanın "Ded Moroz"unun bir versiyasıdır. Ad isə "Ded Moroz" deyiminin dilimizə tərcüməsindən irəli gəlir.

Şaxta babanın hansı millətdən olması barədə açıqlamalarla çıxış edən xalqlardan biri isə ermənilərdir. Tarixi köklü şəkildə dəyişməyi sevən "qonşularımız" hər il ardıcıl olaraq, Şaxta babanın əsli-kökü barədə məsələ qaldırır və əlbəttə ki, onu, dünyada hər bir şey kimi, "ermənilərə məxsus olduğunu" bəyan edirlər.

Bu mövzunun aktuallığını nəzərə alaraq, Oxu.Az oxucularına "nüfuzlu" tarix elmləri doktoru, professor, etnoqraf və sadə erməni Rafel Naapetyanın məsələ ilə bağlı rəyini təqdim edir:

"Yeni il Ermənistanda qədimdən "Amanor", "Nor tarı", "Taremut", "Tarequlx" adlandır. Bundan başqa, ermənilər – şahdan sadə adamadək bu bayramı böyük şənliklə qeyd ediblər, cıdır yarışları keçiriblər" – deyə, tarix elmləri doktoru Rafael Naapetyan bildirir.

Onun sözlərinə görə, bu bayramın eramızdan əvvəl 2492-ci ilə gedib çıxması barədə məlumat var. Həmin ildə ermənilərin "ulu babası" Ayk Belə qalib gəlib, İncilə əsasən, həmin ildə Nuhun gəmisi Ağrı dağının zirvəsində dayanıb.

Rafael Naapetyan qeyd edib ki, Şaxta baba – Müqəddəs Nikolaydır. Məlumat var ki, o, 280-cı ildə anadan olub və erməni əsillidir. Avropada bu adamın adına yüzlərlə kilsə var.

"Onun missiyası budur ki, insanları müalicə edirdi. Sonradan o, Şaxta baba adını aldı", - deyə, etnoqraf vurğulayır.

Bundan başqa, Rafael Naapetyan qeyd edib ki, ermənilərdə Şaxta babanın müavini də olub və erməni tarixçilərin sözlərinə görə, bu rolu Saak Partev icra edirmiş.

"Onun adı Mets Papuk olub" – deyə, Rafael Naapetyan bildirib (Oxu.az)

Tarix
2013.12.26 / 12:35
Müəllif
Axar.az
Digər xəbərlər

Dünya liderləri İlham Əliyevi təbrik edir

WUF13 bayraq endirmə mərasimi ilə başa çatdı

WUF13-ün bağlanış mərasimi keçirildi - Video

WUF13: Bakı estafeti bu şəhərə ötürdü

Dünya Bakıdan verilən çağırışı eşitməlidir - Rossbax

Paşinyandan Sumqayıt və Gəncə ilə bağlı iddialara cavab

Əli Əsədov MDB ölkələrinə təşəkkür etdi

Bakıda qadınlarla bağlı maraqlı təkliflər

Bayramov Rebeka Qrinspanla görüşdü

Böyük Britaniya səfiri Azərbaycanı tərk edir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla