Yuxarı

Türkiyə imkan vermədi, “Apaçi”lər geri qaytarıldı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyə imkan vermədi, “Apaçi”lər geri qaytarıldı

Görünür, Türkiyə Hindistan ordusuna altı ədəd AH-64E “Apaçi” helikopterinin ikinci partiyasının çatdırılmasına mane olub. Hindistana uçan yük təyyarəsi qəfil geri qaytarılıb.

Axar.az xəbər verir ki, bu barədə “EurAsian Times” öz mənbəsinə istinadla yazıb.

Anonimlik şərti ilə danışan mənbə bildirib ki, Türkiyənin helikopterləri daşıyan yük təyyarəsinə uçuş icazəsi verməkdən imtina etməsindən sonra An-124 ABŞ-a qayıtmazdan əvvəl bir həftə İngiltərədə qalıb.

Mənbə bunu “Hindistan və Türkiyə arasındakı münasibətlərin hazırkı vəziyyəti” ilə əlaqələndirib.

Bildirilib ki, 2025-ci ilin mayında baş verən Dördgünlük müharibə zamanı Ankara Pakistana açıq və birmənalı dəstək verib. Türkiyənin İslamabada görünməmiş diplomatik, hərbi və təbliğat dəstəyi Ankara-Dehli münasibətlərini tam aşağı səviyyəyə salıb.

Vurğulanır ki, Hindistan Yunanıstan, Kipr və Ermənistanla əlaqələri gücləndirərək Türkiyəyə qarşı çıxır.

Qeyd edək ki, Hindistan Dördgünlük müharibədən öncə də sözügedən ölkələrlə hərbi əməkdaşlığı gücləndirməkdə idi, o cümlədən Ermənistana külli miqdarda silah satışını həyata keçirir.

Tarix
2025.11.22 / 19:57
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya Azərbaycanın geri qaytardığı məhsulu satışdan çıxarır

İğdırda Zəfər Günü böyük coşqu ilə qeyd olundu - Video

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Azərbaycan hava məkanında Ərdoğandan Əliyevə mesaj

Şaiq Şükürov yüksək vəzifəyə təyin olundu

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

Vensdən etiraf: İrana görə uduzduq...

Prezidentin təltif etdiyi Kamran İmanov: 80 yaşlı sədr

Azərbaycanın Zəfər Günü Türkiyədə qeyd olundu - Foto

Azərbaycan bu ölkə ilə əməkdaşlığı genişləndirir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla