Yuxarı

Göyçayda məzar daşı: Türkiyə səfirliyi hərəkətə keçdi - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Göyçayda məzar daşı: Türkiyə səfirliyi hərəkətə keçdi - Foto

Göyçay rayonunda yerləşən qəbiristanlıqlardan birindən çəkilən şəhid məzarının fotosu Türkiyənin Azərbaycandakı səfirliyinin dərhal reaksiyasına səbəb olub.

Axar.az xəbər verir ki, fotonu Türkiyədə yaşayan azərbaycanlı jurnalist Nigar Ögeday paylaşıb.

O qeyd edib ki, şəkli ona İnstaqram üzərindən bir dostu göndərib:

“Foto Göyçay rayonunun Yekəxana kəndinin qəbiristanlığında çəkilib. Bu kənddə də 1918-ci ildə ermənilər qətliamlar törətmişdilər. Yekəxana həmin faciənin yaşandığı məkanlardan biridir.

Paylaşımda yer alan məzarın Qafqaz İslam Ordusunun bir əsgərinə aid olduğu bildirilir. Kənd sakinlərinin sözlərinə görə, burada üç Osmanlı əsgərinin məzarı var. Yerli əhali bu məzarları Sovet dönəmində belə qoruyub, rusların dağıtmasına imkan verməyib, şəhidlərə öz ailə üzvləri kimi sahib çıxıblar”.

Nigar Ögeday yaxın günlərdə Türkiyədən mühüm bir heyətin tərkibində Azərbaycana səfər edəcəyini, müxtəlif görüşlərdə bu məsələni qaldırmağa çalışacağını bildirib.

Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün N.Ögedayın paylaşımına dərhal reaksiya verib.

“Narahat olmayın, Nigar xanım. Məsələni dərhal nəzarətə götürürük. Bu foto bu həftə bizə çatan ikinci şəhid məzarı məlumatıdır. Bütün ciddi məlumatları diqqətlə qiymətləndiririk. Sizə təşəkkür edirik”, - səfir yazıb.

Qeyd edək ki, Göyçayda döyüşlər 1918-ci ilin iyununda baş verib. Nəhayət, 27 iyun 1918-ci ildə başlayan və 3 gün davam edən 3-cü həmlədə düşməndən 6 dəfə az qüvvəyə malik olmasına baxmayaraq, Qafqaz İslam Ordusu rus-bolşevik ordusu və erməni daşnaklarını darmadağın edir və Şamaxıya qədər olan ərazilərə nəzarəti ələ keçirir.

Tarix
2025.11.22 / 18:48
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan hərbçiləri Kəlbəcərdə minaya düşdülər

Dünya mediası İlham Əliyevin bu çıxışından yazır

Ermənistanda revanşistlər hakimiyyətə gəlsə... - Deputat

Rusiya üçün döyüşən 8 azərbaycanlı öldü - Foto

Paşinyan təsdiqlədi: Delimitasiya belə aparılacaq...

İranın Trampın “qəbuledilməz” dediyi təklifləri

Nərgiz Məhəmmədi azadlığa buraxıldı

Simonyandan Qarabağ açıqlaması: Bu, bizim üçün tələ idi!

Prezidentin Ona göstərdiyi böyük ehtiram... - Video

Mehriban Əliyeva Zəngilandan görüntülər paylaşdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla