Yuxarı

Bu planla müharibəni bitirmək olmaz - Makron

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu planla müharibəni bitirmək olmaz - Makron

Avropa Birliyinə üzv ölkələrlə razılaşma olmadan ABŞ-ın təklifi əsasında Rusiya-Ukrayna müharibəsini bitirmək mümkün deyil.

Axar.az xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron jurnalistlərə bildirib.

"Bu sülh planı hələ avropalılarla razılaşdırılmayıb. Plan avropalıları narahat edən bir çox müddəaları ehtiva edir. Dondurulmuş aktivlər və Ukraynanın Avropaya inteqrasiyası Avropanın əlindədir. Həmçinin NATO-nun gördüyü işlər təşkilat üzvlərinin ixtiyarındadır", - deyə Makron qeyd edib.

Həmçinin o, etiraf edib ki, ABŞ-ın Ukraynaya təqdim etdiyi 28 bəndlik sülh planı yaxşdır və mühim məsələlərə toxunulub:

“Lakin biz yenidən ümumi dil tapmalıyıq. Çünki ABŞ-ın da bu münaqişənin həlli üçün avropalılara ehtiyacı var. Bu, müzakirəyə çıxarılan 28 bəndlik təklifdən də tam aydın görünür”.

Tarix
2025.11.22 / 22:50
Müəllif
Ləman Cavadova
Digər xəbərlər

Prezidentin hesablarında Vyetnam səfəri ilə bağlı - Videoçarx

Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

Bakı dünya güclərini üstələyə bilər – Belyayev

Asiya ölkələri ilə əlaqələrimiz yüksələn xətlə inkişaf edir

İlham Əliyev Çan Tan Man ilə görüşdü - Foto

Vyetnama nə satıb, nələr almışıq?

İlham Əliyev Le Minh Hunq ilə görüşdü

Bu ölkənin Azərbaycanda səfirliyi açılacaq

Ukraynada həbsdə olan Misir Qasımlı azad edilir?

Kestutis Budris Azərbaycana gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla