Yatmazdan əvvəl spirtli içki içmək faydalıdır?
01:56
| Ana səhifə Gündəm |
|
Latviya Prezidenti Andris Berzinış Bakıda yaşayış binasında baş verən yanğın hadisəsi ilə əlaqədar olaraq Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı məktubu göndərib.
Report Latviya prezidentinin mətbuat xidmətinə istinadən xəbər
verir ki, A.Berzinış öz məktubunda ölənlərin ailələrinə və
qohumlarına dərin hüznlə başsağlığı verib, həmçinin zərərçəkənlərin
tezliklə sağalmasını diləyib.
"Latviya bu günlərdə Azərbaycanın yanındadır", - deyə məktubda
bildirilir.
Qeyd edək ki, paytaxtın Binəqədi rayonu ərazisində baş verən yanğın zamanı 14 nəfər ölüb, 54 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
|
Tarix
2015.05.20 / 09:05
|
Müəllif
Axar.az
|