Yuxarı

10 ölkə İlham Əliyevi təbrik etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
10 ölkə İlham Əliyevi təbrik etdi

Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası Ülyahəzrət II Elizabet Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Milli bayramınız - Respublika Günü münasibətilə Zati-alinizə ən səmimi salamlarımı çatdırmaqdan böyük məmnunluq hissi duyuram. Sizə və Azərbaycan xalqına xoşbəxtlik, firavanlıq arzu edirəm".

***

İki Müqəddəs Məscidin Xadimi, Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləziz Al Səud Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Məktubda deyilir:

"Əs-səlami əleykum və rəhmətullahi və bərəkatuhu

Ölkənizin milli bayramı münasibətilə Səudiyyə Ərəbistanı Krallığının xalqı və hökuməti adından, şəxsən öz adımızdan Zati-alinizə ən səmimi təbriklərimizi çatdırırıq. Sizə cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına davamlı inkişaf və çiçəklənmə arzu edirik.

***

İsveçin Kralı XVI Karl Qustav Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Məktubda deyilir:

Hörmətli cənab Prezident,

Milli bayramınız – 28 May Respublika Günü münasibətilə Zati-alinizə ən xoş istəklərimi çatdırır, Sizə möhkəm cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqına isə firavanlıq arzu edirəm.

***

Niderlandın Kralı Villem-Aleksandr Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Məktubda deyilir:

"Mən Zati-alinizi milli bayramınız - Respublika Günü münasibətilə təbrik edir, Sizə və dost Azərbaycan xalqına daha firavan gələcək naminə ən xoş arzularımı çatdrıram".

***

Peru Respublikasının Prezidenti Ollanta Humala Tasso Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Məktubda deyilir:

"Zati-aliləri,

Azərbaycanın milli bayramı- 28 May Respublika Günü münasibətilə Sizə ən səmimi təbrikimi çatdırmaqdan şərəf duyuram.

Bu xoş fürsətdən istifadə edərək, ölkələrimiz arasındakı əlaqələrin göstəricisi olan dostluq münasibətlərinin daha da gücləndirilməsi və davam etdirilməsinə Peru tərəfinin marağını Zati-alinizin diqqətinə çatdırmaqdan məmnun olduğumu bildirirəm.

Nəcib Azərbaycan xalqının rifahı naminə ali dövləti fəaliyyətinizdə Sizə yeni-yeni uğurlar arzulayır, Zati-alinizə ən dərin hörmət və yüksək ehtiramımı izhar edirəm".

***

Əlcəzair Respublikasının Prezidenti Əbdüləziz Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına Əlcəzair dövləti, xalqı adından və şəxsən öz adımdan ən səmimi arzularımı çatdırıram. Mən Sizə möhkəm cansağlığı, dost Azərbaycan xalqına rifah və tərəqqi arzu edirəm.

Bu xoş fürsətdən istifadə edərək ölkələrimiz arasında dostluq münasibətlərinin və əməkdaşlığın bütün sahələrdə inkişaf etdirilməsində Sizinlə birlikdə çalışmağa hazıram.

Cənab Prezident, icazə verin Sizə ən yüksək hörmət və ehtiramımı bildirim".

***

Koreya Respublikasının Prezidenti Pak Kın He Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Məktubda deyilir:

Zati-aliləri,

Milli bayram – 28 May - Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına səmimi təbriklərimi çatdırmaq istəyirəm.

Əminəm ki, ötən illər ərzində ölkələrimiz arasında möhkəmlənmiş dostluq və əməkdaşlıq münasibətləri daha da inkişaf edəcək və xalqlarımıza böyük xoşbəxtlik gətirəcək.

Zati-alilərinizə bir daha möhkəm cansağlığı və Sizin gözəl ölkəyə əbədi firavanlıq arzularımı çatdırıram.

***

Liberiya Respublikasının Prezidenti Ellen Conson-Serlif Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Məktubda deyilir:

"Zati-aliləri,

Sizə və Zati-alinizin şəxsində Azərbaycan hökumətinə və xalqına Respublika Günü münasibətilə ən səmimi təbriklərimi, xoş arzularımı çatdırıram.

Bu xoş fürsətdən istifadə edərək əmin olduğumu bildirirəm ki, Zati–aliniz Azərbaycan xalqını daha böyük iqtisadi tərəqqiyə və sülhə qovuşduracaqdır. Ümidvarıq ki, ölkələrimiz arasında mövcud olan səmimi dostluq əlaqələri xalqlarımızın qarşılıqlı mənafeyi naminə daha da güclənəcəkdir.

Zati-aliləri, xahiş edirəm, ən dərin ehtiramımı qəbul edin".

***

Meksika Birləşmiş Ştatlarının Prezidenti Enrique Pena Nieto Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Məktubda deyilir:

"Zati-aliləri,

Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizi Meksika xalqı adından ürəkdən təbrik edirəm.

Sizi bir daha əmin edirəm ki, Meksika hökuməti ölkələrimiz arasında məqsədyönlü dialoq və anlaşmanın möhkəmləndirilməsi naminə bundan sonra da səylərini davam etdirəcək.

Cənab Prezident, Azərbaycan xalqına firavanlıq arzularımı, Sizə dərin ehtiramımı bir daha ifadə edirəm".

***

Makedoniya Respublikasının Prezidenti George İvanov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Məktubda deyilir:

"Zati-aliləri,

28 May – Respublika Günü münasibətilə Sizə səmimi təbriklərimi, xoşbəxtlik, sülh və rifah arzularımı çatdırıram. Milli bayramınız münasibətilə Sizi və dost Azərbaycan xalqını bir daha təbrik edirəm".

***

Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazirin müavini, daxili işlər naziri Məhəmməd bin Nayif bin Əbdüləziz Al Səud Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Məktubda deyilir:

"Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi çatdırıram. Sizə cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan hökumətinə və xalqına daha böyük inkişaf və çiçəklənmə arzu edirəm".

Tarix
2015.05.21 / 15:07
Müəllif
Axar.az
Digər xəbərlər

Murad Əliyevi İstanbulda niyə döydülər? - Video

Mehriban Əliyeva Hacıqabuldan paylaşım etdi - Video

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

İrəvan-Bakı münasibətlərinin normallaşması... - Şoyqu

İrəvan TRİPP-lə bağlı bu məsələlərə təminat verdi – Bəqai

Özgür Özəl İlham Əliyevə zəng etdi

Tehranın riyakarlığı: dostluq bəyanatları, ikili standartlar

Qardaşım İlham Əliyevi səmimiyyətlə qucaqladım və...

İlham Əliyev Kamboca Kralını təbrik etdi

Tehranda Azərbaycanın Zəfər Günü qeyd olundu - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla