Yuxarı

İlkin Həsəni məhkəməyə verildi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İlkin Həsəni məhkəməyə verildi

ANS Şirkətlər Qrupu barəsində səsləndirilən təhqirlərə görə məhkəməyə müraciət edib.

ANS xəbər verir ki, son hadisələr çərçivəsində ANS haqqında təhqirə və böhtana yol verən ATV telekanalının əməkdaşı İlkin Həsəni və "azxeber.com" saytı məhkəməyə verilib.

Bu təhqir dolu xəbərləri tirajlayan digər portallar, agentliklər də müəyyənləşdirilərək, məhkəməyə veriləcək.

ANS açıq şəkildə bəyan edir ki, bundan sonra da öz nüfuzunu, əməkdaşlarının şərəf və ləyaqətini etibarlı surətdə qoruyacaq. Əgər kimsə milli mənəvi dəyərlərə həqarət edəcəksə, Azərbaycan xalqının heysiyyatına toxunan addımlar atacaqsa, qarşısında ANS-i görəcək. Heç bir KİV və ya onun nümayəndəsi bizim sərt və amansız reaksiyamızdan sığortalandığını güman etməsin. Biz milli mənəvi dəyərlərin hardan başlandığını və onu tapdayan şəxslərin namus və ismət böhranı keçirmə səbəblərini yaxşı başa düşürük.

Məhkəməyə müraciət etməyimizin səbəbi də elə bu fikri çatdırmaqdır ki, hər kəs öz yerini bilsin. Yoxsa, onlara yerlərini biz göstərəəcyik.

Qeyd edək ki, ötən gün ANS-in efirində ATV-nin aparıсısı Mətanət Əliverdiyevanın Bakıda baş vermiş məlum faсiə ilə əlaqədar səsləndirdiyi fikirlərlə bağlı sərt sujet getmişdi. Sujetdə Mətanət Əliverdiyevanın 15 nəfərin (5-i körpə olmaqla!) ölümü ilə nəticələnən hadisəyə "Bir küləkdi, əsdi keçdi" kimi qiymət verməsinin səbəbləri və aparıcını bu qənaətə gətirən yol təhlil edilmişdi. Bundan sonra ATV-nin əməkdaşı İlkin Həsəni ANS-in ünvanına təhqiramiz ifadələr işlədib. Bir sıra xəbər saytları və portalları bu təhqiramiz fikirləri tirajlayıb.

Tarix
2015.05.22 / 22:00
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyev, Putin və Paşinyan qapalı görüş keçirib?

Prezidentin Türkmənistana səfəri ilə bağlı paylaşım - Video

Paşinyan müharibə vaxtı bundan şoka düşmüşdü - Video

Əliyev yeni təhlükəsizlik arxitekturası qurdu: İnqilabi proses

Əliyev, Putin və Pezeşkian nələri müzakirə edib?

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı

Azərbaycan vətəndaşları Ermənistana keçib? – Açıqlama

Lukaşenko Paşinyana işarə edərək Əliyevə nə dedi? - Video

İlham Əliyev Pezeşkianla görüşdü - Foto

İlham Əliyev Xəzər Ekoloji Sammitində çıxış etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla