Yuxarı

Alman jurnalist ermənilərin törətdiyi vəhşiliklərdən yazdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Alman jurnalist ermənilərin törətdiyi vəhşiliklərdən yazdı

Almaniyanın "Die Welt" və "Welt am Sonntag" qəzetlərinin xarici siyasət üzrə redaktoru Daniel-Dilan Bömerin müəllifliyi ilə "Welt am Sonntag" qəzetində "Raket qızının yanında ananı öldürür" başlıqlı məqalə dərc olunub. Məqalə həmçinin, “welt.de” internet portalında yerləşdirilib.

Axar.az xəbər verir ki, Azərbaycanın Bərdə şəhərinə, işğaldan azad olunmuş Ağdam bölgəsinə və Tərtər rayonunun Şıxarx kəndinə səfər edən almaniyalı jurnalist məqalədə bu yerlədə gördükləri barədə məlumat verir.

Bərdə şəhərində ermənilərin raket hücumuna məruz qalmış mülki şəxslərdən biri - Əfsanə Mustafayeva hücum olan gün barədə alman jurnalistə məlumat verir, baş verənləri təsvir edir. O, hücum nəticəsində anasını necə itirməsindən və tanıdıqları insanların yaralanmasından danışır.

Daha sonra Tərtər rayonunun Şıxarx kəndində olan müəllif orada kənd sakinləri Akif Əhmədov və Nəsibə Cabbarova ilə görüşür. Akif Əhmədov qonşusu Nəsibə Cabbarovaya məxsus evin ermənilərin raket hücumuna məruz qalmış hissəsində dayanaraq orada baş verənlər barədə söhbət açır. Məqalədə bildirilir ki, Şıxarx kəndinin sakinləri əslən bu kənddən deyillər, onlar buraya Azərbaycanın Kəlbəcər rayonunun dağlıq kəndlərindən, yaşadıqları ərazinin 90-cı illlərin əvvəllərində ermənilər tərəfindən işğal edilməsi və mülki əhalininin oradan qovulması nəticəsində məcburi olaraq köçüblər. Qeyd olunur ki, son müharibədə azərbaycanlılar qələbə çalıb və Kəlbəcəri geri alıblar. Kənd sakinləri sevinclə artıq özlərini qaçqın kimi hiss etmədiklərini ifadə edir və buna görə Azərbaycan prezidentinə təşəkkür edirlər.

Daha sonra müəllif işğaldan azad olunmuş Ağdamdakı vəziyyəti, o cümlədən dağıdılmış binaları, istifadəsiz qalmış əkin sahələrini təsvir edir. Vurğulanır ki, çox yerdə mina xəbərdarlığı işarəsi nəzərə çarpır və dünyanın heç bir digər ərazisi Ağdam kimi sıx şəkildə minalanmayıb. Qeyd olunur ki, brinci müharibə zamanı bir vaxtlar 28 000 əhalinin yaşadığı Ağdamı ermənilər böyük dağıntılar olmadan işğal ediblər və bir neçə həftə əvvəl isə döyüşsüz Azərbaycana geri təslim ediblər. Ağdamı xarabalığa çevirən erməni əsilli sosial qüvvələr olub. Onlar Ağdamı tikinti materialları bazası kimi istifadə edib və buranı rayonun əvvəki sakinləri üçün bir daha yaşanılmaz hala gətirmək məqsədilə dağıdıblar.

Tarix
2021.01.14 / 02:05
Müəllif
Axar.az
Digər xəbərlər

Baş Prokurorluqdan əməliyyat: Daha bir vəzifəli saxlanıldı

İsrail səfiri Qarabağdan yazdı: İnanılmazdır...

Ermənistan məktəblərində Azərbaycan dili tədris olunacaq

Ramiz Mehdiyevin "qara kassası" üzə çıxdı - Ağır ittihamlar

Hikmət Hacıyev Zəngəzur dəhlizindən foto paylaşdı

Sahibə Qafarova Misirdə səfərdədir

Rusiyadan imtina edib Bakıdan alacağıq - Matevosyan

Düşmən Ordumuzu dayandırmaq üçün, görün, nə edib - Video

Putin İradə Zeynalovaya rütbə verdi

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla