18:08
Azərbaycan Respublikası Prezidenti "Azərbaycan
Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında"
Azərbaycan Respublikasının 2015-ci il 15 may tarixli 1283-IVQD
nömrəli Qanununun tətbiqi barədə sərəncam imzalayıb.
Axar.az xəbər verir ki, sərəncama əsasən Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq,
"Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər
edilməsi haqqında" Azərbaycan Respublikasının 2015-ci il 15 may
tarixli 1283-IVQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar
həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan
Respublikası Prezidentinin aktlarının "Azərbaycan Respublikasının
Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan
Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini
üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə
təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ
hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində
təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi
aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və
bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının
Prezidentinə məlumat versin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra
hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ
xarakterli aktların "Azərbaycan Respublikasının Mülki Məcəlləsində
dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının
Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının
Nazirlər Kabinetinə məlumat versin.
19:07
Prezident İlham Əliyevin imzaladığı fərmanlar aşağıdakı
kimidir:
"Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin təsdiq
edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə
məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq
edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il
29 avqust tarixli 389 nömrəli Fərmanında dəyişikliklər edilməsi
haqqında
19:17
Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə
Monitorinqi Xidməti ilə Maliyyə Monitorinqi üzrə Federal Xidmət
(Rusiya Federasiyası) arasında cinayət yolu ilə əldə edilmiş
gəlirlərin leqallaşdırılmasına və terrorçuluğun
maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində qarşılıqlı
əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə
***
Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası
Hökuməti arasında Əfqanıstanda Qətiyyətli Dəstək Missiyası
çərçivəsində Türk Silahlı Qüvvələrinin bölmələri tərkibində
fəaliyyət göstərəcək Azərbaycan bölüyü ilə bağlı Protokolun təsdiq
edilməsi haqqında
***
Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət
Komitəsi ilə Birləşmiş Ərəb Əmirliklərinin Qiymətli Kağızlar və
Əmtəə Qurumu arasında yardım və qarşılıqlı əməkdaşlıq haqqında
Anlaşma Memorandumunun təsdiq edilməsi barədə
***
Azərbaycan Respublikasının
Hökuməti ilə Bolqarıstan Respublikasının Hökuməti arasında elektron
rabitə, informasiya texnologiyaları və elektron idarəçilik
sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi
barədə
***
Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə
Monitorinqi Xidməti ilə Makedoniya Respublikasının Maliyyə
Kəşfiyyatı Ofisi arasında cinayət yolu ilə əldə edilmiş pul
vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və
terrorçuluğun maliyyələşdirilməsi ilə əlaqədar maliyyə
məlumatlarının mübadiləsi sahəsində əməkdaşlığa dair Anlaşma
Memorandumunun təsdiq edilməsi haqqında
***
Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 sentyabr
tarixli 634 nömrəli Fərmanı ilə təsdiq edilmiş "İnzibati xətalar
haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin
Siyahısı"nda dəyişiklik edilməsi barədə