Yuxarı

COVİD-19 pasportunun hansı üstünlüyü olacaq? - Deputat

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
COVİD-19 pasportunun hansı üstünlüyü olacaq? - Deputat

COVİD-19 pasportu heç bir şəxsə xüsusi imtiyaz vermir. Ümumiyyətlə, peyvənd pasportu olan şəxslərin digərlərindən seçilməsi vaksinasiya prosesinin könüllülük prinsipini də sıradan çıxarır. İnsanların vaksinasiya prosesinə cəlb edilməsində maarifləndirmə işlərini daha məqbul sayıram.

Bu sözləri Axar.az-a millət vəkili Fazil Mustafa bu gündən etibarən ölkədə vaksinasiya prosesinə başlanması və vətəndaşlara veriləcək COVİD-19 pasportu haqda danışarkən deyib.

O bildirib ki, vətəndaşların vaksinasiya prosesində aktiv iştirak etməsi zəruridir:

“Təəssüf ki, bir çox insan hələ də bu prosesə tərəddüdlə yanaşır. Dünya ölkələri insanları vaksinasiya prosesinə cəlb etmək üçün peyvənd vurulan şəxslərə COVİD-19 pasportu verir. Bu proses bizdə də olacaq. Lakin bu pasport heç kəsə xüsusi imtiyaz vermir. Bəzi insanlar zənn edir ki, COVİD-19 pasportu digər şəxslərdən onu üstün edir. Bu, yanlış düşüncədir. Pasport, sadəcə, həmin şəxsə həqiqətən vaksin vurulduğunu təsdiqləyən sənəddir.

Dünya ölkələri insanları vaksinasiyaya cəlb etmək üçün fərqli metodlara əl atır. Məsələn, Başqırdıstanda COVİD-19 pasportları kütləvi tədbirlərdə, ictimai yerlərdə iştirak etməyə imkan verəcək, həmçinin mağazalarda, fitnes klublarında və digər müəssisələrdə endirimlər qazandıracaq. Bu, yanlış təbliğatdır. Çünki həm vaksinasiya prosesinin könüllülük prinsipini sıradan çıxarır, həm də insanlar arasında ayrı-seçkilik salır.

Düşünürəm, ən yaxşı yol maarifləndirmə və təbliğatdır”.

Deputat Milli Məclisin əməkdaşları və deputatların vaksinasiyaya cəlb edilməsi prosesindən danışıb:

“Hazırda bununla bağlı Milli Məclisə göstəriş verilməyib. Halbuki qanunverici orqan kimi ilk olaraq biz prosesə cəlb edilməli idik. Göstəriş olacağı təqdirdə vaksinasiya prosesinə qoşulacağıq”.

Tarix
2021.01.18 / 16:56
Müəllif
Gülnarə Kazımova
Digər xəbərlər

MM-dən ABŞ Konqresinin qanun layihəsinə kəskin etiraz

7 ölkə İranla savaşa girir? - Ekspert

Prezident onu Türkiyəyə səfir təyin etdi

Prezident onu Özbəkistana səfir göndərdi

İlham Əliyev Mirziyayevin ad gününü təbrik etdi

Ukrayna Sankt-Peterburqa zərbə endirdi - Video

Azərbaycanın Gürcüstana münasibəti... - Kavelaşvili

MN təsdiqlədi: Öz qırıcımızdır, təlim-məşq uçuşudur - Təcili

Rubio Lavrovu pərt elədi - Son ümid puç oldu

Azərbaycan və Rusiya iqlim dəyişikliyini müzakirə etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla