Axar.az
Yuxarı

Axar.Az Logo

Qarabağa sərmayə axını: hansı ölkə nə etmək istəyir?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir neçə ölkə artıq azad edilmiş ərazilərin bərpası işlərini dəstəkləməkdə maraqlı olduğunu bildirib. Burada ilk yeri Türkiyə tutur. Türkiyə şirkətləri yeni Füzuli-Şuşa yolunu tikirlər. Azərbaycan İnnovasiyalar Agentliyi Türkiyənin aparıcı texnoparkı olan GOSB ilə Qarabağ regionunda qabaqcıl tədqiqatlar və yüksək texnologiyalı qurğuların istehsalı üçün birgə Yüksək Texnologiyalar Parkının yaradılmasına dair anlaşma memorandumu imzalayıb.

Axar.az xəbər verir ki, bu barədə “Vestnik Kavkaza” nəşri məqalə dərc edib.

Nəşrin yazdığına görə, Türkiyə Azərbaycanın Şuşa şəhərində Ziraat Bankın filialını açmaq niyyətindədir. Bankın Azərbaycandakı rəsmi şəxsləri daxili prosedurların başa çatdığını və Şuşa filialının Azərbaycan hakimiyyətindən lazımi icazələri aldıqdan sonra açılacağını bildiriblər. Bank nümayəndələrinin sözlərinə görə, açılış tarixi Bakının qərarından asılıdır. Bununla yanaşı, Türkiyənin aparıcı sahibkarlarını birləşdirən TÜMKİAD Assosiasiyasının sədri azad edilmiş torpaqlarda tekstil istehsalına 50 milyon dollarlıq sərmayə yatırmaq üzrə planlarını açıqlayıb.

Britaniya hökuməti də Qarabağ regionunun texnoloji inkişafını dəstəkləməyə çalışır. Krallığın Azərbaycandakı səfiri Ceyms Şarp Azərbaycan hökumətinin nümayəndələri ilə regionda “Ağıllı şəhərlər”in yaradılmasını müzakirə edib.

İtaliyanın “Ansaldo Energia” şirkəti dekabr ayında Qarabağ regionunda yerləşən dörd yarımstansiya üçün avadanlıqların tədarükünə dair 6 milyon dollarlıq müqavilə imzalayıb. Hər birinin gücü 110 kilovat olan yarımstansiyalar erməni işğalından azad edilmiş Ağdam, Füzuli, Qubadlı və Kəlbəcər rayonlarında yerləşəcək. Avadanlıqların təchizatı martın sonuna qədər başa çatdırılmalı, obyektlər isə 2021-ci ilin iyun ayının sonunda tikilərək istifadəyə veriləcək.

Macarıstan hökuməti də bərpa prosesinə qoşulmaq istəyir. Ölkənin xarici işlər və ticarət naziri Peter Siyarto ötən həftə Azərbaycan tərəfi ilə onlayn görüş keçirib. Onlar Macarıstan şirkətlərinin yenidənqurma layihələrinə cəlb edilməsi variantlarını müzakirə ediblər. Siyartonun sözlərinə görə, Eksim Milli Bankı artıq azad edilmiş Azərbaycan torpaqlarının bərpasında iştirak etmək istəyən Macarıstan şirkətləri üçün 100 milyon dollar dəyərində kredit açıb. Bundan əlavə, nazirin sözlərinə görə, Macarıstan hökuməti müharibənin nəticələrinin aradan qaldırılması məqsədilə bir zamanlar işğal olunmuş ərazilərin minalardan təmizlənməsi üzrə əməliyyatların aparılmasına kömək etmək üçün 25 000 avro təklif edib.

KİV-in məlumatına görə, İsrail, Yaponiya və İran şirkətləri də yenidənqurma layihələrinə investisiya yatırmağa hazırdırlar. Azərbaycan Energetika Nazirliyi bu yaxınlarda BMT, Avropa İttifaqı, BMT-nin İnkişaf Proqramı, ABŞ Beynəlxalq İnkişaf Agentliyi, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti, Dünya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Avropa Yenidənqurma və İnkişaf Bankı və Asiya İnkişaf Bankı ilə Qarabağ regionunda “yaşıl enerji zonası”nın yaradılmasını müzakirə edib.

Tarix
2021.01.25 / 11:50
Müəllif
Fatimə Zülfüqar
Şərhlər
Digər xəbərlər

Qarabağda ruslar üçün daha 4 şəhərcik yaradıldı

Sülhməramlılar 25 minə yaxın partlayıcı maddə aşkarladı

Azərbaycanlı jurnalistlər buna görə işdən çıxarılır - Şevçenko

Bu, Qarabağdakı sülhməramlılara təhlükədir - Korotçenko

Sumqayıt hadisələri: KQB necə plan qurdu?

RBK: Qarabağda aeroportun tikintisinə başlanıldı - Video

Prezident uğurlu əməliyyatın təfərrüatını açıqladı - Video

Prezident Türkiyənin bu ölkə ilə əlaqəsini düzəltmək istəyir

Əliyevdən bitməyən suallara maraqlı cavab - Video

Təəssüflənirəm ki, Fransa Xocalı ilə bağlı... - Mişel Brən

KULT
<>
Xəbər xətti
 
  
  
  
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla