Yuxarı

Yaponiya səfiri ASAN Xidmətdə - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yaponiya səfiri ASAN Xidmətdə - Foto

Yanvarın 27-də Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cuniçi Vada Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində olub. Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev ilə görüşdə ASAN Xidmət mərkəzlərinin yaradılması məqsədi və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından ASAN Xidmətin yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub.

Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Axar.az-a verilən məlumata görə, bildirilib ki, ASAN Xidmətdə bu günədək 41 milyondan çox vətəndaş müraciəti qeydə alınıb. Bundan başqa vurğulanıb ki, Birləşmiş Millətlər Təşkilatının 2015-ci il Dövlət Xidmətləri Mükafatına (United Nations Public Service Award 2015), həmçinin 2019-cu ildə Bakıda Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidmətləri Forumu çərçivəsində BMT-nin rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində xüsusi mükafatına layiq görülüb.

Qonağa Dövlət Agentliyinin elektron hökumət sahəsində həyata keçirdiyi layihələr, eləcə də ABAD publik hüquqi şəxsin fəaliyyəti barədə də məlumat verilib.

Eyni zamanda görüş zamanı qonağa “Dövlət Xidmətləri Göstərən Qurumların ASAN Beynəlxalq Assosiasiyası” barədə də məlumat verilib və Yaponiyanın müvafiq qurumunun da bu təşkilatda təmsil olunmasından məmnunluq qeyd edilib.

Səfir dövlət xidmətlərinin göstərilməsi, həmçinin sosial innovasiyalar və startaplar sahəsində Dövlət Agentliyi tərəfindən görülmüş işləri yüksək qiymətləndirib və müvafiq sahələr üzrə iki ölkə arasında təcrübə mübadiləsinin həyata keçirilməsinin önəmini vurğulayıb.

Səfir dövlət xidmətlərinin çatdırılması sahəsində Azərbaycan tərəfinin qabaqcıl təcrübəsindən Yaponiyanın da faydalana biləcəyini qeyd etdi.

Sonda qonağa ABAD-çı tərəfindən hazırlanmış xatirə hədiyyəsi təqdim olunub.

Səfir ASAN Xidmət mərkəzi ilə də tanış olub.

Tarix
2021.01.27 / 19:55
Müəllif
Axar.az
Digər xəbərlər

Sevinc Osmanqızı və Abid Qafarovun cəzası bəlli oldu

XİN-dən TRİPP marşrutu ilə bağlı açıqlama

Bakıda Hindistanla bağlı tədbir keçiriləcək – İlk dəfə

Onlar Somali və Uqandaya vizasız gedəcək - Təsdiqləndi

Bakı bu dörd ermənini İrəvana verdi

Tarixi fürsətdir, İran zərərsizləşdiriləcək!

ABŞ-ın İrana qarşı A və B planı

ABŞ İrana zərbə endirəcək? - Türkiyə hərəkətə keçdi

Rza Pəhləvinin qayıdışı mümkündürmü? - ABŞ onu oynadır

Ermənistan bizi Qafqazdan çıxarır - Solonnikov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla