Yuxarı

Brayzadan önəmli mesajlar: ABŞ heç vaxt Qarabağı...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Brayzadan önəmli mesajlar: ABŞ heç vaxt Qarabağı...

Konqresmen Adam Şiff Kaliforniya ştatında ABŞ-dakı erməni icmasının nümayəndələrinin yaşadığı bölgəni təmsil edir. O, həmişə erməni tərəfini dəstəkləyir. Lakin bu onun fikridir və Birləşmiş Ştatların, hətta Konqresin də siyasəti deyil.

Axar.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza konqresmen Adam Şiffin “artsax respublikası”nın "müstəqilliyi" ilə bağlı açıqlamasını şərh edərkən Media.az-a müsahibəsində bildirib.

"Adam Şiffin nüfuzlu konqresmen olduğunu da etiraf etməliyik. A.Şiff ilə eyni fikirdə olan digər konqresmenlər də var. Onun qondarma “artsax respublikası”dan bəhs etməsinin heç bir əhəmiyyəti yoxdur. ABŞ hökuməti mövcud olmayan bu qurumu heç vaxt tanımayacaq. A.Şiff ABŞ-dakı erməni icmasından ciddi dəstək aldığına görə antitürk mövqeyi tutur.

O, ATƏT-in Minsk Qrupunun işini bərpa etməsini istəyir. Bu Amerika diplomatiyasının ənənəvi yanaşmasıdır. Sülh prosesini möhkəmləndirə biləcək danışıqlara etiraz etdiyinizi açıq şəkildə demək olmaz. Digər tərəfdən aydındır ki, kimsə Minsk formatında danışıqları bərpa etmək istəyirsə, bu danışıqların predmetini, nələrin müzakirə edilməli olduğunu bilməlidir.

Cənab Şiffin, ABŞ-ın erməni icmasının, Ermənistan və Fransa hökumətlərinin nəzərincə, bu, Dağlıq Qarabağın hüquqi statusudur.

Ancaq Bakı və Moskvaya görə, artıq hər şeyə qərar verilib, status yoxdur və bu, 10 noyabr sənədində öz əksini tapıb. Daha doğrusu, bir status var: Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir", - M.Brayza qeyd edib.

Tarix
2021.01.27 / 20:22
Müəllif
Axar.az
Digər xəbərlər

Bayramov Nyu Yorkda Mirzoyanla görüşdü: Razılıq...

Azərbaycan-ABŞ strateji tərəfdaşlığı müzakirə edildi

Azərbaycan şəhəri bu şəhərlə qardaşlaşa bilər

Qriqoryandan demarkasiya ilə bağlı açıqlama

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir - Boçorişvili

Sikorskinin dünyanı silkələyən çıxışı: Sergey, bosuna de... - Video

Azərbaycan Fələstin dövlətçiliyinə dəstəyini bir daha təsdiqlədi

Ceyhun Bayramov Ferid Hoxa ilə görüşdü

Bunu Azərbaycandan alacağıq, Türkiyə ilə də... - Simonyan

BMT kürsüsündən İranı “məhv etmək”lə hədələdi...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla