Yuxarı

Sabiq nazirdən şok: 150 milyardı talayan bankir kimdir?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabiq maliyyə naziri Fikrət Yusifov son müsahibəsindən sonra verilən reaksiyalarla bağlı açıqlama yayıb.

Axar.az xəbər verir ki, sabiq nazir 1990-cı illərin ortalarında Respublika Əmanət Bankının sədri vəzifəsində çalışmış Hüseyn Səfərovun ağlasığmaz talançılıq etməsi ilə bağlı şok faktı ictimailəşdirib.

O bildirib ki, H.Səfərov cəmi 1 il vəzifədə olsa da, o vaxtkı Azərbaycanın bank sistemi tarixində ən böyük talanın müəllifidir:

“H.Səfərov Respublika Əmanət Bankının sədri vəzifəsində işlədiyi 1 il müddətində o vaxtın pulu ilə 150 milyard manat krediti bankın yerli filialları və ilk növbədə Səbail rayonunun Bayıl ərazisində yerləşən və onun özünə şəxsən aid olan filialda mal-qara tədarükü adı altında nağdlaşdıraraq mənimsəmişdir. O dövrdə Əmanət Bankının nəzarət zərfi dövlətə məxsus idi. Dövlət adından isə Maliyyə Nazirliyi çıxış edirdi. Dövlətə aid bu payı idarə edən Respublika Maliyyə Naziriliyi və bir nazir kimi mən Əmanət Bankında baş verən bu talana qarşı biganə qala bilməzdim. Mən bankda baş verən bu talanı araşdırmaq üçün Maliyyə Nazirliyinin mütəxəssislərindən ibarət təftiş qrupu ayırdım. Qısa zaman içərisində bütün bu oğurluqların üstü açıldı. Təsəvvür edin, mütəxəssislər o zaman hesablamışdılar ki, bankın filiallarından Hüseyin Səfərovun bilavasitə tapşırıqları ilə mal-qara tədarükü adı altında ayrı-ayrı adamların adına kredit kimi verilib, nağdlaşdırılaraq oğurlanan bu pullara əgər həqiqətən mal-qara alınsaydı, onda bu mal-qaranın yerləşə biləcəyi ərazi Abşeron yarımadasının ərazisindən 3 dəfə böyük olmalı idi”.

F.Yusifov bildirib ki, pulların daha çox nağdlaşdırıldığı Əmanət Bankının Bayıl ərazisində yerləşən və Hüseyin Səfərova bilavasitə aid olan filialda Maliyyə Nazirliyinin mütəxəssisləri yoxlama apararkən, Hüseyn Səfərovun silahlı adamları Maliyyə Nazirliyinin 3 müfəttişini oğurlayıb naməlum istiqamətdə aparmışdılar:

“Müfəttlişlərdən biri (o, hazırda da Respublika Maliyyə Nazirliyində çalışır) Azneft meydanından qalxaraq onları naməlum istiqamətdə aparan maşın hərəkətdə olarkən qapını açaraq Dövlət Filarmoniyasının yanında özünü yerə atmış və qaçıb Prezident Aparatına daxil olaraq xilas olmuşdu. Təbii ki, bundan sonra ölkə rəhbərliyi və Baş Prokurorluq bu məsələyə qarışdı və Maliyyə Nazirliyinin Hüseyn Səfərov tərəfindən oğurlanmış iki müfəttişi də tapıldı”.

Sabiq nazir bu faktı ictimailəşdirməsinə səbəb kimi “Azərbaycanın bank tarixində ən böyük talanı həyata keçirmiş bu şəxsin” onun son müsahibəsinə münasibət bildirməyə cəsarət etməsini əsas göstərib.

F.Yusifov H.Səfərov haqda yalnız “vəzifədən qovdum” sözünü işlədib, ancaq onun əməllərinə hüquqi qiymət verilib-verilmədiyi haqda heç bir söz deməyib.

Qeyd edək ki, MTN işində zərərçəkmiş kimi adı keçən H.Səfərov əvvəllər Vergilər Nazirliyinin bir neçə rayon idarəsində rəis, 2004-2009-cu illərdə isə “Kapitalbank”ın “Tərəqqi” filialının müdiri olduğunu bildirmişdi. O, 1990-cı illərdə hansı vəzifəni daşıması barədə istintaqa izahatında qeyd etməyib.

Tarix
2021.02.12 / 12:55
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla