Axar.az
Yuxarı

Axar.Az Logo

Bu müqayisə çox həqiqətləri ortaya çıxarır

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

25 fevral tarixində Bakının Ramana qəsəbəsindəki yeni yaşayış kompleksində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması mərasimi keçirildi. Prezident mərasimdə çıxış etdi. Müharibədən yenicə çıxmış ölkənin öz sosial, infrastruktur və digər layihələrini nəinki təxirə salmaması, hətta tam gücü ilə davam və inkişaf etdirməsi Ramanadakı mərasimlə bir daha təsdiq olundu.

Müharibəyəqədər ki dövr, müharibə, müharibə sonrası... – işğalın ağır nəticələri, o nəticələrin aradan qaldırılması üçün dövlətin öz üzərinə götürdüyü öhdəliklər, ordu quruculuğu, müharibənin aparılması, müharibə itkiləri, işğaldan azad edilmiş ərazilərdəki quruculuq prosesi... və bütün bunların fonunda təxirəsalınmayan dövlət sosial layihələri... Bu barədə cənab Prezident bir neçə dəfə öz fikirlərini bölüşüb, Prezidentin vurğuladığı kimi, imza qədər keçərli olan Prezident sözü Ramanada bir daha təsdiq olundu. İşin yalnız maddi, iqtisadi tərəflərini deyil, həssas qrupların diqqət-qayğı ilə əhatə olunması, necə deyərlər, dövlət vəfasının bütün şərtlər daxilində yenə yerinə gətirilməsi – mənəvi amillər də özünəməxsus önəm kəsb edir. İndi baxın, saxta “qalib dövlət” ədası ilə yerə-göyə sığmayan “qüdrətli ölkə” öz mövcudluğunun ən bərbad günlərini yaşarkən, gerçək qalibiyyəti yaşayan Azərbaycan öz çiçəklənməsini davam etdirir. Müharibə itkilərini hələ də cəsarət edib, gerçək rəqəmlərlə ifadə edə bilməyən uğursuz dövlətə - hələ də Qarabağ torpaqlarından meyit yığan (daşıyan) Ermənistana qarşılıq, Azərbaycan şəhid ailələrinə, qazilərə qayğını dövlətin prioritet vəzifəsi olaraq bir daha nümayiş etdirir; konkret olaraq, onlara tam təmirli mənzillər bağışlayır.

Diqqət edək: Ramana kompleksində doqquzmərtəbəli 30 bina tikilib. Ümumilikdə 1512 mənzildən ibarət kompleks bütün zəruri sosial infrastrukturla təchiz edilib. Ərazidə məktəb, uşaq bağçası, klub-icma mərkəzi inşa olunub.

Bəli, şəhid ailələri və müharibə əlillərinə qayğı dövlətin daim diqqət mərkəzindədir.

Dövlət başçısı tərəfindən cari ilin yanvarında imzalanan Sərəncamla təsdiq olunmuş proqrama əsasən, 2021-2025-ci illərdə ev şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan 11 mindən çox şəhid ailəsi və müharibə əlili mənzil, habelə fərdi evlə təmin ediləcək. Bu 5 illik plan ilk belə plan deyil. Gərək olduğunca, dövlətimizin daha yeni proqramlar qəbul və icra etmək imkanı vardır. Siz təsəvvür edirsizmi, cəmi bir neçə ay öncəyədək saxta “qalib ədası”ndan əziyyət çəkən Ermənistan belə ardıcıl, böyük miqyaslı proqramları icra edə bilərmi?

Bax, bu müqayisə çox həqiqətləri bir daha üzə çıxarır. Dövlətimizlə qürur duyuruq.

Söhbət şəhid ailələri, müharibə əlillərinə yalnız mənzillərin verilməsindən getmir. Ehtiyacı olan bütün qazilərə dövlət tərəfindən bundan sonra da gərəkən köməklik göstəriləcək. Əsaslı təmirdən sonra açılmış Şağan qəsəbəsindəki reabilitasiya mərkəzində də qazilərə davamlı, keyfiyyətli tibbi yardım ediləcək. Minlərlə qazimiz orada hər il müalicə alacaq, reabilitasiyadan keçəcək, öz sağlamlığını bərpa edəcək. Ayrıca, müharibə dövründə əlini, qolunu itirmiş qazilərimiz üçün də ən müasir protezlər sifariş edilib, ilkin olaraq, 300-dən çox qazimizin bu protezlərlə təmin ediləcəyi rəsmən bildirilib. Üstəlik, ayaqlarını itirmiş qazilərimizin artıq bir neçəsi “ağıllı” protezlərlə təmin edilib və onlar artıq normal yaşama dönə bilib. Dövlət-xalq birliyini, xalqın öz dövlətinin yanında necə durduğunu 44 günlük müharibədə hansı dərəcədə gördüksə, dövlətin öz qazi vətəndaşlarına, səhid ailələrinə diqqət-qayğısını da eyni yüksək dərəcədə görmək qürurvericidir.

Dövlət başçısının sözlərindən çıxış edərək desək, dövlətimiz öz sosial siyasətinə, bu siyasətin strateji prioritetlərinə sadiqdir. Dövlətimiz şəhid ailələri, müharibə əlilləri, yaralı qazilər üçün əlindən gələni edib, edir və edəcək. Statistikaya diqqət edək: bugünədək 9200-ə yaxın şəhid ailəsi, müharibə əlili dövlət tərəfindən mənzillərlə təmin edilib. Yalnız ötən il (2020) içində 1572 mənzil verilib. Bu il isə bundan təqribən iki dəfə çox – 3 minə yaxın mənzil veriləcək. Beləliklə, həm I, həm də II Qarabağ müharibəsində şəhid olmuş əsgər və zabitlərin ailələrinə Bakıda, Sumqayıtda, Abşeron rayonunda bu ilin sonuna qədər mənzillər veriləcək. Onu da əlavə edək ki, 7200-ə yaxın müharibə əlilinə minik avtomaşını verilib.

Biz bu yazını cənab Prezidentin Ramanadan verdiyi ismarışlar əsasında hazırlamışıq. Ramana oradakı böyük yaşayış kompleksinin istifadəyə verilməsindən, dünənki açılış mərasimindən və dövlət başçısının Ramanadan verdiyi ismarışlardan sonra, Sabunçu rayonu inzibati ərazisindəki bir qəsəbə olmaqdan çıxıb, respublikamızda, dünya azərbaycanlıları arasında, türk dünyasında, dünyada adı (yalnız Ramana qalasına görə yox), yeni simasına, yeni yaşayış kompleksinə, yeni sakinlərinə görə də axtarışa verilən, gələcəkdə daha çox ziyarətçi qəbul edəcək gözəl ünvana çevriləcək.

Prezidentin Ramanadakı çıxışı Ermənistanın düşdüyü mövcud durumun "niyə"sini, "necə"sini, Ermənistanın sabahsızlığını, qalib Azərbaycanın aydın sabahını yığcam, dəqiq ifadə etməsi ilə "Ramana tezisləri" də adlandırıla bilər. Və o tezislərə zaman-zaman yenidən müraciət olunacaq...

Dövlətimiz var olsun!

Tarix
2021.02.27 / 11:06
Müəllif
Qənirə Paşayeva
Şərhlər
Digər xəbərlər

Gürcüstanda azərbaycanlılarla bağlı yeni layihə

Azərbaycanlı avtoritetin qətli üçün 1.5 milyon ödənilib

Niyə Ağdamı dağıdıblar? - Ukrayna baş nazirinin müavini

İlham Əliyevin çıxışı dünya gündəmini zəbt etdi

Qriqoryan: Düz danışmağı Əliyevdən öyrənin!

Petrosyan 2018-də mənə Qarabağı verməyi təklif etdi

Nikol şərlədi: Bakı bizi blokadada saxlamaq istəyir

Batyanın Bakı səfəri: Belarus Türk Şurasına doğru... - Video

Qasparyan müharibənin 4-cü günü TŞ-də dedi ki... - Nikol

Albert Rıjiyi öldürən şəxs o imiş: İlk dəfə danışdı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla