Yuxarı

Azərbaycanlı jurnalistlər buna görə işdən çıxarılır - Şevçenko

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xocalı soyqırımını unutmamalı, səbəblərini anlamalı və qiymətləndirməliyik. Axı bunun səbəbləri ermənistanlılar və azərbaycanlılar arasındakı münaqişə deyil. İkinci Qarabağ müharibəsində qalib gələn Azərbaycan erməni xalqını da azad edib.

Axar.az xəbər verir ki, bunu tanınmış rus jurnalist, ictimai xadim Maksim Şevçenko Moskvada Xocalı soyqırımı qurbanlarının xatirə gecəsində çıxışında bildirib.

O qeyd edib ki, ermənilər bunu nə vaxtsa dərk edəcək:

“Düşünürəm ki, onlar artıq bunu dərk etməyə başlayıblar. Cənubi Qafqaz əməkdaşlıq zonası olmalıdır. İnsanlar döyüşməməli, Strabon və Herodotun dövründə burada kimin yaşadığını düşünməməlidirlər. Əksinə, onlar yolların necə qurulacağını, turistlərin necə cəlb olunacağını, ortaq müəssisələrin necə açılacağını düşünməlidirlər. Sərhədlər açılmalı, insanlar millətçilikdən imtina etməlidirlər".

Rus jurnalist II Qarabağ müharibəsi zamanı Gəncəyə edilən raket hücumunun Xocalının davamı olduğunu qeyd edib:

“Mən Gəncədə, dəhşətli "Skad" raketlərinin düşdüyü yerdə oldum. Ətrafda heç bir hərbi obyekt yox idi. Mülki insanları terrorla məhv edən bir silah idi. Bu payız Gəncədə baş verənlər Xocalının davamıdır. Bu beynəlxalq səviyyədə Rusiya, Ermənistan və Avropada layiqincə qiymətləndirilənə qədər davam edəcək.

Hörmətli azərbaycanlılar, biz, rus xalqının nümayəndələri və dünyanın ağlı başında olan insanları nasizm və irqçiliyə qarşı mübarizədə sizinləyik. Xocalı soyqırımının ildönümü sadəcə matəm günü deyil, eyni zamanda mübarizəmizin davamıdır. II Qarabağ müharibəsi təkcə torpaqları işğalından azad etmək deyil, eyni zamanda vaxtılə babalarımızın da uğrunda vuruşduğu nasistlərə qarşı müharibə idi. Təəssüf ki, bu gün Rusiyada ikili standartlar mövcuddur. Azərbaycanlı bəzi jurnalistlər bu məsələdəki prinsipial mövqeyi səbəbindən iş yerlərini itirirlər. Millət vəkili Vitali Milonov açıq şəkildə Azərbaycan xalqını təhqir edir, nasizm açıqlamaları verir. Lakin Rusiyanın özündə heç bir qınama görmürük".

M.Şevçenko Xocalı faciəsinin nasistlər tərəfindən törədilmiş bir hərbi cinayət olduğunu da vurğulayıb:

“Bunu etnik təmizləmə məqsədi ilə ediblər. Bu cür cinayətlərə Nürnberq tribunalında baxılır. Xocalı soyqırımını qiymətləndirmək lazımdır. Hesab edirəm ki, bunu beynəlxalq səviyyədə etmək lazımdır. Bu, Ermənistan-Azərbaycan məsələsi deyil. Əminəm ki, gələcəkdə bir çox erməni təfərrüatı öyrəndikdən sonra Xocalı faciəsini nifrət hissi ilə xatırlayacaq. Düşünürəm ki, erməni xalqı nasistlərin Xocalıda etdiklərini öyrəndikdən sonra bu qüvvələrdən imtina edəcəklər. Buna görə Xocalı soyqırımının beynəlxalq səviyyədə tanınmasına nail olana qədər bu faciəni hər gün xatırlamalıyıq. Bu, ermənilərə qarşı deyil, azərbaycanlıların lehinə də deyil, nasistliyə qarşıdır".

Tarix
2021.02.28 / 17:13
Müəllif
Xədicə Nəbiyeva
Şərhlər
Digər xəbərlər

Radev Əliyevə zəng etdi: Səfər təxirə düşdü

Rəsmi İrəvan gərəksiz bəhanələr axtarmaq əvəzinə…

Bu, Ermənistanı yeni təxribatlara təşviq edə bilər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla