Yuxarı

Mübariz Qurbanlıdan “xristian söhbəti”nə cavab

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bəzi xristian dini qruplaşmaları var ki, onların fəaliyyətinə heç xristian ölkələrində icazə verilmir".

Axar.az xəbər verir ki, bu barədə Azərtac-a müsahibəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib. O, ABŞ-ın Beynəlxalq Din Azadlığı üzrə Komissiyasının illik hesabatında Azərbaycanla bağlı fikirlərə cavab verib:

"Həmin hesabatda Azərbaycandakı dini durumla bağlı yer alan məlumatlar təbii ki, qərəzli xarakter daşıyır. Bu məlumatların doğru olmadığını, bütövlükdə Azərbaycandakı mövcud dini durumu ehtiva etmədiyini qarşı tərəfin diqqətinə çatdırmışıq. Bildirmişik ki, bu cür məruzələr hazırlanarkən yaxşı olar ki, həmin məruzələri hazırlayanlar Azərbaycana gələrək ölkəmizdəki dini vəziyyəti öz gözləri ilə görsünlər, söhbətlər aparsınlar. Mətbuatda yanlış yayılmış məlumatdan, xüsusilə ölkəmizi qaralama kampaniyasına yönəlmiş dezinformasiyadan istifadə etməsinlər. Biz öz fikirlərimizi çatdırmışıq. Bizim fikirlərimizlə razılaşırlar. Azərbaycanda heç bir dini qrupa qarşı heç bir təzyiq olmayıb. Hər hansı bir tədbir görülsə belə, bu, yalnız qanuna uyğun şəkildə həyata keçirilib. Bəzi xristian dini qruplaşmaları var ki, onların fəaliyyətinə heç xristian ölkələrində icazə verilmir. Onlar qeyri-ənənəvi xristian qrupları sayılaraq rədd edilirsə, həmin ölkələrdə insanlar arasında nifaqa çağıran, irqi ayrı-seçkiliyə təşviq edən bu cür dağıdıcı qrupların fəaliyyəti qanunla qadağan edilirsə, əlbəttə, biz də qapılarımızı onlara aça bilmərik. İslam ölkələrində də bəzi radikal qruplar var ki, onlara qarşı mübarizə aparıldığı halda biz qapılarımızı onların üzünə aça bilmərik. Bizim milli maraqlarımıza toxunulan nə varsa ona qarşı çıxmalıyıq".

Tarix
2015.06.03 / 16:06
Müəllif
İlham Sahiloğlu
Digər xəbərlər

Azərbaycanlı Almaniyada yüksək vəzifəyə təyin olundu

Çin rəsmisi İrəvanda: Simonyanla Azərbaycandan danışdı

Prezident narkomanlığa qarşı bu proqramı təsdiqlədi

Mühüm qərar: Bu şəxslər işlə təmin ediləcək...

Prezidentdən Fətəli xan Xoyski ilə bağlı sərəncam

Tokayev Allahşükür Paşazadəni qəbul etdi

Marta Kos Bakıya gəlir: Ağdama da gedəcək

ABŞ səfirliyinin əməkdaşı yarım milyonu necə ələ keçirib?

Bəxtiyar Həsənovun Rusiya vətəndaşlığı ləğv olundu

Azərbaycana bu il ən çox sərmayə qoyan ölkələr

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla