Yuxarı

Erməni əsilli ifaçının ittihamlarına kəskin cavab

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə “System of a Down” musiqi qrupunun erməni əsilli ifaçısının Britaniyada fəaliyyət göstərən telekanala müsahibəsi zamanı səsləndirdiyi ittihamlara cavab verib.

Axar.az-ın məlumatına görə, səfir bildirib ki, əsas mahiyyəti barədə tarixçilərin qərar verəcəyi hadisələrlə bağlı dövlətlərin mövqe bildirməsini tələb etmək tarixi saxtalaşdırmağa cəhd və bu yolla dövlətlər üzərində siyasi təzyiq formalaşdırmağa bərabərdir. Özünün erməni kökləri ilə fəxr edən birinin “soyqırım” kəlməsini ehtiyatla istifadə etməli olduğunu vurğulayan səfir Ermənistanın son 3 onillik ərzində azərbaycanlılara qarşı törətdiyi müharibə cinayətləri, insanlıq əleyhinə cinayətlər, soyqırım və sairə hallarına diqqət çəkib, xüsusən Xocalı soyqırımı və bu dövlətin İkinci Qarabağ müharibəsi zamanı Gəncə, Tərtər, Bərdə şəhərlərində yaşayan mülki şəxslərə qarşı qadağan olunmuş silahlarla həyata keçirdiyi hücumları misal gətirib.

Tahir Tağızadə 2020-ci ilin sonundakı hərbi əməliyyatların səbəbləri və mahiyyətini izah edib, həmin dövrdə Azərbaycanın deyil, Ermənistan hökumətinin dezinformasiya üsulundan geniş istifadə etdiyini göstərən faktların ortada olduğunu qeyd edib. Səfir bu xüsusda, bir neçə gün öncə “Twitter Safety” tərəfindən Vətən müharibəsi zamanı Azərbaycan əleyhinə fəaliyyətlər üçün istifadə edildiyi üzə çıxarılan, Ermənistan hökumətinə bağlı 35 hesabın ləğv edilməsini misal gətirib.

T.Tağızadə qrupun təsisçi üzvlərindən biri olan Daron Malakianın müsahibələrindən birində amerikalı qatil Çarls Mansondan ilhamlandığını etiraf etməsi barədə xatırlatma edərək, belə bir qrupun təmsilçisi olan S.Tankianın bu cür güclü iddialardan çəkinməli olduğunu əlavə edib.

Səfir Tağızadənin cavabları “Russia Today” telekanalının internet səhifəsində yerləşdirilib.

Xatırladaq ki, 1994-cü ildə Kaliforniyada erməni əsilli musiqiçilər tərəfindən əsası qoyulmuş və fəaliyyətini əsasən “erməni soyqırımı” fenomeninin tanınması və təbliğinə həsr edən qrup İkinci Qarabağ müharibəsində yenidən aktivləşmiş və 15 ildən sonra ilk dəfə 2020-ci ildə, hərbi əməliyyatlar davam etdiyi müddətdə iki mahnı (“Protect the Land” and “Genocidal Humanoidz”) təqdim etmişdi. Həmin ərəfədə qrup “müharibənin ağır humanitar təsirlərini aradan qaldırmaq” adı ilə geniş maliyyə vəsaiti toplamaq kampaniyası da başladıb və əldə olunan vəsaiti Ermənistan Fonduna bağışlayıb.

Müsahibə zamanı Serj Tankian “erməni soyqırımı”nın Britaniya tərəfindən tanınmamasının səbəbinin BP-nin Azərbaycan və Türkiyə ilə olan iqtisadi maraqları olduğunu iddia edib. O, həmçinin qrupun ən son ifa etdiyi mahnılarla 2020-ci ilin sonundakı hərbi əməliyyatlar zamanı “Azərbaycan dezinformasiyası” fonunda həqiqətlərə diqqət çəkdiyini və “Azərbaycanın dron və qadağan olunmuş silahlardan hücumları” nəticəsində yaralanan əsgərlərin müalicəsi üçün maliyyə vəsaiti topladığını iddia edib.

Tarix
2021.03.03 / 00:16
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla