Yuxarı

Bu, həqiqi qardaşlığın nümunəsi idi - İlham Əliyev

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu, həqiqi qardaşlığın nümunəsi idi - İlham Əliyev

Müharibə zamanı nümayiş etdirilən həmrəyliyə və dəstəyə görə qardaş Pakistana təşəkkürümü ifadə etmək istəyirəm. Torpaqlarımızın azadlığı uğrunda apardığımız müharibə 44 gün çəkdi və Azərbaycanın Ermənistan üzərində qələbəsi ilə başa çatdı. Biz 30 ilə yaxın işğal altında olan ərazilərimizi azad etdik.

Axar.az xəbər verir ki, bunu Prezident İlham Əliyev martın 3-də Pakistan İslam Respublikasının Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Nadim Razanın başçılıq etdiyi nümayəndə heyətini videoformatda qəbul edərkən deyib.

"Müharibənin ilk günündən Pakistan Azərbaycana həmrəylik və dəstək nümayiş etdirdi. Pakistan Azərbaycanın işğal olunmuş ərazilərindən qoşunların dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasının tərəfdarı kimi çıxış etdi və Ermənistanın təcavüzünü pislədi. Bu, həqiqi qardaşlıq və dostluğun nümunəsi idi. Yəqin bilirsiniz ki, Azərbaycanda insanlar Pakistan xalqı ilə, ölkənizlə bağlı öz hisslərini nümayiş etdirdilər, müharibə zamanı Pakistan bayraqlarını dalğalandırdılar. Bu, bir daha bizim birlik və qardaşlığımızı nümayiş etdirir", - dövlət başçısı qeyd edib.

Tarix
2021.03.03 / 18:12
Müəllif
Axar.az
Digər xəbərlər

103 ölkədən 569 QHT Bakı Bəyannaməsi imzaladı

Kim Çen İn İlham Əliyevi təbrik etdi

Dünya liderləri İlham Əliyevi təbrik edir

WUF13 bayraq endirmə mərasimi ilə başa çatdı

WUF13-ün bağlanış mərasimi keçirildi - Video

WUF13: Bakı estafeti bu şəhərə ötürdü

Dünya Bakıdan verilən çağırışı eşitməlidir - Rossbax

Paşinyandan Sumqayıt və Gəncə ilə bağlı iddialara cavab

Əli Əsədov MDB ölkələrinə təşəkkür etdi

Bakıda qadınlarla bağlı maraqlı təkliflər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla