Yuxarı

İsraildə bayram: “İstanbula dönürük”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İsraildə bayram: “İstanbula dönürük”

Parlament seçkilərində AKP-nin təkbaşına iqtidar olması üçün lazım olan qədər səs toplamaması İsraildə böyük coşğuya səbəb olub.

Axar.az xəbər verir ki, Tel-Əvivə illərdir Fələstin torpaqlarında işğal siyasəti yürütdüyü və on minlərlə fələstinlini qətlə yetirdiyi üçün ən sərt reaksiyanı göstərən Ərdoğan hökumətinin məğlubiyyəti bu ölkənin sevinc göz yaşlarına qərq olması ilə davam edir.

Seçim nəticələrini anbaan yayımlayan İsrail mediası qeyri-rəsmi nəticələrin ardından ölkəni təbrik edib.

Baş nazir Binyamin Netanyahuya yaxınlığı ilə tanınan "İsrael Today" qəzeti seçkilərin nəticəsi olaraq xalqın Ərdoğana "xeyr" dediyini bildirib. Sözügedən qəzet "İstanbula dönürük" başlıqlı yazıda Türkiyədəki seçkilərə ilk üç səhifəni ayıraraq "Ərdoğan getdi, indi daha güclüyük" ifadələrinə yer verib.

AKP-nin iqtidarda olduğu dövrdə yəhudilərin Türkiyədə qorxu içində yaşadığını deyən qəzet HDP-nin məclisə girməsiylə yeni dövrün başlandığını qeyd edib.

Netanyahuya yaxın qəzet İsrailli turizm firması olan "Over Tour"un başçısı Yehuda Zefarninin sözlərinə yer verərək Türkiyəyə gedən vətəndaşların sayının önümüzdəki dövrdə inanılmaz dərəcədə artacağını, təkcə bu il ərzində 100 min yəhudinin Türkiyəyə gedəcəyini açıqlayıb.

Tarix
2015.06.08 / 19:00
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

Prezidentin qərarı bu sahənin inkişafına təkan olacaq - Video

Rusiyada xristianları oruc tutmağa çağırdılar - Qalmaqal

ABŞ səfirliyi buna görə Azərbaycana təşəkkür etdi - Foto

DJ Tural izah etdi: Arzumun günahı yoxdur - Video

Türkiyədən Ermənistanla bağlı “sürətli” qərar - Nə baş verir?

Artıq Azərbaycanla Ermənistan sülh şəraitində yaşayır

İlham Əliyev Trampı təbrik etdi

Azərbaycan ABŞ-ı təbrik etdi

ABŞ-dakı dostlarımızı ürəkdən təbrik edirik - Hacıyev

"Demokratiyaya dəstək": İrəvan savaşa hazırlanır?

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla