Yuxarı

Azərbaycan Ordusu hazır vəziyyətdə gözləyir - Türk general

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan Ordusu hazır vəziyyətdə gözləyir - Türk general

Ermənistanın yarası təzədir, müharibədə məğlub olduğunu hələ başa düşə bilməyib. Diaspor və erməni mətbuatını izləyəndə bu müharibənin nəticələrini hələ də başa düşmədiklərini anlayırsan.

Axar.az xəbər verir ki, bunu Milli.az-a açıqlamasında Türkiyənin general-mayoru Osman Qazi Kandemir deyib.

General bildirib ki, Azərbaycan hərbçiləri bölgədə sülhün və sabitliyin davamlılığını təmin etməyə çalışacaq:

"ATƏT-in Minsk Qrupunu yenidən hərəkətə gətirmək və Qarabağ torpaqlarını Azərbaycandan almaq istəyənlər var. Bunların baş verməsi artıq vacib deyil, bu cür çıxışlar susdurulacaq.

Ermənistan dövləti hələ daxili sabitliyini tapmayıb. Ölkədə hakimiyyət uğrunda gedən siyasi çəkişmələr, Prezident-Baş nazir və Baş nazir-ordu çəkişmələri qeyri-sabit vəziyyət yaradır. Belə bir vəziyyətdə macəra axtaranlar ola bilər. Bu səbəbdən də Azərbaycan Silahlı Qüvvələri hazır vəziyyətdə Ermənistan sülh müqaviləsinə imza atana qədər baş verə biləcək hər hansı bir terror hadisəsinin qarşısını almaq məqsədilə prosesləri diqqətlə müşahidə edir.

Bu səbəbdən keçirilən irimiqyaslı təlimlər və şəxsi heyətin hazır vəziyyətə gətirilməsi çox düzgün qərardır. Azərbaycan hərbçiləri Ermənistandan qaynaqlanan təhdid və təxribatların qarşısını alaraq sülhün və sabitliyin davamlılığını təmin etməyə çalışacaqlar. Bu addımın da çox uğurlu olacağına inanırıq".

Tarix
2021.03.24 / 14:19
Müəllif
Axar.az
Digər xəbərlər

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə günüdür

“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Nə qədər ki Bakı ilə sülh var, Rusiya... - Paşinyan

Mehriban Əliyeva bu sözlərlə xalqı təbrik etdi

Şahməddin Abdullayevə yüksək vəzifə verildi

Bu əməliyyat dünya tarixində görünməmiş hadisədir

Antiterror əməliyyatına Ermənistan müdaxilə etsəydi...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla