Yuxarı

Rusiyanın Bakıya qarşı “stabilizator oyunu”…

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya açıq-aşkar gündəmi manipulyasiya edir. Rusiyanın Ural regional operativ gömrüyünün əməkdaşlarının Ermənistana hərbi təyinatlı 8L026P tezlikli, 30 polarizə edilmiş RP-5 relesi olan 37 stabilizator hissələrinin göndərilməsi cəhdinin qarşısını alması kimi bir xəbərin birdən-birə bu qədər şişirdilərək tirajlanmasının başqa bir adı ola bilməz.

Bu sözləri Axar.az-a Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli deyib.

Politoloq qeyd edib ki, küncə sıxışan zaman gündəmi dəyişmək Rusiya diplomatiyasının özünəməxsus xüsusiyyətlərindəndir:

“ANAMA bir müddət öncə Şuşa şəhərindən İsgəndər-M raketlərinin qalıqlarını aşkarladı. Bu, çox ciddi bir məsələdir. Çünki adıçəkilən bu raketlər Rusiya silahlı qüvvələrinin ən məxfi və digər ölkələrə satışı qadağan edilən silahıdır. Haqlı olaraq bu gün rəsmi Bakı Kremldən izahat gözləyir. Başqa ölkələrə satışı qadağan olan İsgəndər-M raketinin qalıqları Şuşada nə gəzir? Daha vacib digər bir sual isə İsgəndər-M raketini Şuşaya kimin atmasıdır. Fərz edək ki, deyildiyi kimi, bu raketləri Rusiya atmayıb. Belə çıxır ki, İsgəndər-M-ləri Şuşaya Ermənistan atıb. O zaman belə bir sual yaranır ki, Ermənistana İsgəndər-M raketlərini kim və necə verib?

Rusiya 44 günlük müharibə zamanı onsuz da ciddi siyasi səhvlər buraxmışdı. Misal üçün müharibə gedişində Ermənistana 500 tona yaxın silahın daşınması təsdiqlənmişdi. Onu da deyim ki, Rusiya bu məsələ ilə bağlı hələ də rəsmi bir izahat verməyib. Halbuki real peyk görüntüləri var. İndiki halda Bakının sualları artmaqda davam edir. Moskva isə heç nə olmamış kimi susur. Amma bu suallar qarışında susmaq mümkün deyil”.

Q.Hüseynlinin sözlərinə görə, Rusiyanın Ural regional operativ gömrüyünün əməkdaşlarının Ermənistana hərbi təyinatlı 8L026P tezlikli, 30 polarizə edilmiş RP-5 relesi olan 37 stabilizator hissələrinin göndərilməsi cəhdinin qarşısını alması kimi bir xəbərin verdiyi mesaj da, mesajın sahibi də bəllidir:

“Kreml bununla bizə onu demək istəyir ki, bu kimi cəhdlər də var, biz buna yol vermirik. Təəssüf ki, şimal qonşumuz olayın ciddiyyətini görməzdən gəlməyə çalışır. Biz 44 günlük müharibədən sonra regionda dəyişən şərtlər deyərkən, bu kimi halları da nəzərdə tuturduq. Rusiyanın bəlli dairələri beynəlxalq qanunları pozub, sonra heç nə olmamış kimi geri çəkilə bilməyəcək. Birdəfəlik suallara konkret cavab verməli, ya da ən azından tərəfini seçməlidir. İkibaşlı oyunlar, “diplomatik manevrlər” artıq mümkün deyil. Əksinə onu daha da nüfuzdan salır. Rusiya ən azından bunu anlamalıdır ki, sərhədlərindəki ən etibarlı qonşusu Azərbaycandır. Rusiya bir az da zəifləsə, böyük güclər onu Ermənistanın əli ilə arxadan vuracaq. Rəsmi Bakı isə ən azından Rusiyaya qarşı yönələn heç bir məkrli planın parçası olmadığını hər zaman nümayiş etdirib. Rusiya bunu dərk edib, səmimi əlaqələr qurmalı və Azərbaycanın ciddi narahatlığına əsas verən sualları aydınlaşdırmalıdır”.

Tarix
2021.04.06 / 22:31
Müəllif
Turan Rzayev
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla