Yuxarı

Ermənistana İsgəndər-M-in verilməsi haqda - Fakt

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənistana İsgəndər-M-in verilməsi haqda - Fakt

Azərbaycan Prezidenti Şuşa şəhərinin "İsgəndər" raketləri ilə atəşə tutulması ilə bağlı Kremldən rəsmi izahat gözləyir. Rusiya onları Ermənistana göndərmədiyini bəyan etsə də, Azərbaycanda hesab edirlər ki, Şuşada tapılan raket mühərrikinin nömrəsi onun rusiyalı hərbçilər tərəfindən işə salındığını göstərir.

Axar.az Turan-a istinadən xəbər verir ki, "Kommersant" qəzetinin 08.09.2018-ci il tarixli nömrəsində dərc olunmuş məqalə ilə tanış olsaq, cavabın üzdə olduğunu görmək olar.

"Nikol Paşinyan Kremlin qarşısında dayanacaq" sərlövhəli məqalə Vladimir Putinlə yaxınlarda hakimiyyətə yiyələnmış Nikol Paşinyan arasındakı gərgin münasibətlərə həsr olunub.

Robert Köçəryanın həbsi, general Yuri Xaçaturovun məhkəmə təqibi və "Cənubi Qafqaz Dəmir Yolu" Səhmdar Cəımiyyətinin İrəvan ofisində axtarış səbəbindən münaqişəli münasibətlərin müzakirəsilə yanaşı Ermənistana silah tədarükündən də bəhs olunur.

2016-cı ildə Yerevan "Smerç" reaktiv yaylım atəşi sisteminin onlarla buraxılış qurğusunu, "İqla-C" daşınan komplekslərin, "Avtobaza-M" yerüstü radiotexnika kəşfiyyat kompleksini və 200 milyon dollarlıq digər texnika alıb.

Qəzetin hərbi mənbəyi bildirib ki, 2016-cı ildə Ermənistan 9M723 raketlərilə "İsgəndər-M" operativ-taktiki raket komplekslərin divizionunu alıb.

"De-yure bu, raket texnologiyalarının yayılması haqqında müqaviləni pozur, çünki bu raketlərin hədəfi məhvetmə məsafəsi 300 kilometrdən çoxdur”, - mənbə etiraf edib.

Moskvada belə bir addım atmağa məcbur olublar: daha çox hücum silahı arsenalına malik Azərbaycanla hərbi paritet üçün Ermənistana təcili operativ-taktiki raket kompleksləri lazım idi. Ermənistan üçün “İsgəndər-E” ixrac modifikasiyasının yaradılmasına vaxt tələb olunurdu ki, Bakı Dağlıq Qarabağa hücum etməyi qərara aldığı təqdirdə buna vaxt yox idi”, - məqalədə bildirilir.

Bu yazı "İsgəndər-M"in Ermənistanda necə olması və Azərbaycana qarşı necə tətbiq olunması məsələsinə aydınlıq gətirir.

"Lakin insident bitməyib, tərəflər arasında yaranmış yeni vəziyyət ətrafında "sıx müzakirələr" gedir", - ötən gün Putinin mətbuat katibi bildirib.

Tarix
2021.04.15 / 16:22
Müəllif
Axar.az
Digər xəbərlər

20 min manatlıq limitlə bağlı məsələyə yenidən baxılacaq

Prezident və xanımı Bakıda sərgidə... - Foto

Bakı bu məsələdə İrəvanla əməkdaşlıq etməyəcək

Prezident Birləşmiş Krallığın dövlət nazirini qəbul etdi

Erməni bacılar Bakıya gəldi - Video

Sərkisyan çıxış edərkən neçə müsəlman lideri zalı tərk edib?

MM Anım Günü ilə əlaqədar Bəyanat qəbul etdi

Milli Məclisin iclası başladı

Putindən Azərbaycana qadağa: zərər görəcəyik?

Əliyevin Ermənistanı deyil, avropalıları tənqid etməsi...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla