Yuxarı

İrəvan özü seçməlidir: Ya dəmir yumruq, ya da çiçəklənmə!

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İrəvan özü seçməlidir: Ya dəmir yumruq, ya da çiçəklənmə!

Prezident çıxışında təsadüfən Ermənistanda güclənən revanşist qüvvələrə xəbərdarlıq etmədi. Bu gün belə şəxslər erməni cəmiyyətini 44 günlük müharibənin məğlubiyyətini unutduraraq, yeni uydurmalara inandırmağa çalışır. Lakin bu şəxslər anlamır ki, onların başı istənilən anda əziləcək.

Bu sözləri Axar.az-a politoloq Teymur Qasımlı Prezident İlham Əliyevin aprelin 20-də Azərbaycan Televiziyasına müsahibəsini şərh edərkən deyib.

O bildirib ki, Ermənistandakı mövcud siyasi elitanın faşist adlanılması heç də bənzətmə deyil:

“Bu bir reallıqdır. Mövcud erməni siyasi elitası bütövlükdə faşist ideologiyasının daşıyıcısıdır. Ölkə başçısı buna görə çıxışında qeyd etdi ki, biz imkan verə bilmərik ki, erməni faşizmi yenə baş qaldırsın. 44 günlük müharibə zamanı bu baş dəmir yumruqla əzildi. Lakin görünür, Ermənistanda hələ də bəzi qüvvələr başlarına gələndən dərs çıxara bilmir.

Cənab Prezident konkret olaraq elan etdi: “Biz yol verə bilmərik ki, Ermənistan yenə də öz ordusunu o vəziyyətə gətirib çatdırsın ki, bizə hansısa bir təhdid olsun”. Əslində bu, çoxtərəfli bir mesajdır. Yəni nə Ermənistan ordusunun güclənməsinə, nə də onu gücləndirəcək ünsürlərə imkan veriləcək, əvəzində Dəmir Yumruq – Ordumuz isə daim müasirləşəcək.

Buna baxmayaraq, Prezident Ermənistana düşmən münasibət bəsləmədiyini də nümayiş etdirdi. İlham Əliyevin “biz gələcəyə baxmalıyıq” sözü, zənimcə, regionun gələcəyinə işıq tutan mühüm mesajdır. Baxmayaraq ki, Ermənistan azərbaycanlılara qarşı dövlət səviyyəsində soyqırım törədib, baxmayaraq ki, bizim bütün tarixi, dini abidələrimiz dağıdılıb, bununla belə, ölkə başçısı alicənablıq göstərir. Nəticə etibarilə rəsmi İrəvan bu gün yolayrıcındadır. Ya əzəldən bəri tutduqları yolla gedərək daim dəmir yumruğu başlarında görəcəklər, ya da regionda davamlı sülhü seçib əmin-amanlıq və rifah içində yaşayacaqlar”.

Tarix
2021.04.21 / 17:40
Müəllif
Turan Rzayev
Digər xəbərlər

Bakı və Belqrad arasında siyasi məsləhətləşmələr

Netanyahu: İlham Əliyevə deyin ki, bu il... - Video

Mirzoyan avropalı diplomatla sülh prosesini müzakirə etdi

İsrail və Azərbaycan arasında memorandum imzalandı

Prezidentlər hərbçilərin birgə təlimini izlədilər - Foto/Video

Hindistanın yeni səfiri Azərbaycana gəldi - Foto

Hindistan şirkəti Bakıya uçuşları ləğv etdi

Epşteyn kimdir ki, onunla görüşüm? - Məmmədyarov

Ukraynaya növbəti humanitar yardım göndərildi - Foto

Bakı, Ankara və İrəvanın enerji sistemləri... - Xudatyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla