Keçmiş DAK yetkilisi Əjdər Tağızadənin yenə də böhtan
maşınını işə salıb təşkilat və təşkilat üzvləri, həmsədləri, o
cümlədən DAK həmsədri Sabir Rüstəmxanlı və onun həyat yoldaşı
Tənzilə Rüstəmxanlı haqqında müsahibələr verir.
Bu barədə DAK mətbuat xidmətindən Axar.az-a daxil olan məlumatda
bildirilir. DAK insan şəxsiyyətinin alçaldılması və təhqir olunması
maddəsiylə cinayət işi açıla biləcək qədər cinayət tərkibli bu
fikirlərin müəllifi Əjdər Tağızadənin illərlə içində olduğu
proseslərə kənarda imiş kimi münasibət bildirməsini iştirakçısı və
ittihamçısı olduğu təşkilatda öz payını, fərd olaraq daşımış olduğu
hüquqi statusunu unutması kimi dəyərləndirib:
"Müsahibə boyu iki dəfə təkrarən Azərbaycan Diaspor Komitəsinin
sədri Nazim İbrahimova müraciət edib pul istədiyini bildirən kecmiş
DAK Daimi Şurasının sədri məhz bu cümlələri ilə özünün əleyhinə
müəyyən faktlar vermiş olur. Belə ki, Dünya Azərbaycanlıları
Konqresinin Nizamnaməsinə əsasən, təşkilatın maliyyə məsələləri
Daima Şura sədri tərəfindən deyil, DAK həmsədrlərinin nəzarətində
olan bank hesabıyla nizamlanır. Adı çəkilən quruma maliyyə istəyi
ilə bağlı yalnız həmsədrlərin birgə razılığı olduğu halda müraciət
edilə bilər. Müsahibədə işlətdiyi cümlələrdə Əjdər Tağızadə
əməlləri ilə vəzifəsi arasındakı bu təzadın fərqində olmadan, öz
dili ilə etiraf edir və birmənalı olaraq bu təşkilata müəyyən
qüvvələr tərəfindən hansısa maraqlar üçün ezam olunduğu
təəssüratını yaradır. 13-cü İstanbul Qurultayında öz istəyi
əsasında könüllü istefa verən keçmiş DAK yetkilisi, təəssüf ki,
üzün müddət bu təxribatçı fəaliyyətini pərdələməyi bacarmış, lakin
illərlə onu yaxından tanıyan güneyli soydaşlarımızın və mühüm
simaların təşkilatdan uzaq qalmasına səbəb olmuşdur. İstefa
verməsinə baxmayaraq, o, bu gün də bədnam fəaliyyətindən qalmır,
birləşmədən sonra yeni müsbət fəaliyyət yönümü ilə yola çıxmış
təşkilata anti-Azərbaycan qüvvələrin dəstəyi ilə zərbə vurmağa
çalışır. Əslində, bu təxribatların hədəfi yalnız ayrı-ayrı şəxsləri
gözdən salmaq deyil, birləşmədən sonra fəaliyyətində millət və
dövlət maraqlarının ifadəsi baxımından müsbət dönüşə nail olmuş
Dünya Azərbaycanlıları Konresini yenidən parçalamaq və fəaliyyətsiz
duruma salmaqdır.
DAK-ın Türk Dünyası üzrə müşaviri, ATQB sədri Tənzilə
Rüstəmxanlı "Əjdər Tağızadə bu dediklərini məhkəmədə sübut
etməlidir" söyləyib. Müsahibədə adı çəkilən və ittiham olunan digər
şəxslər də yaxın günlərdə bununla bağlı media açıqlaması
verəcəklər.