Yuxarı

Ermənilər burada nifrət bombası partladıblar - Korotçenko

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belə təsəvvür yaranır ki, burada sanki atom bombası partladılıb. Dağıdılmış Ağdam atom bombası ilə dağıdılmış Xirosima və Naqasakini xatırladır. Lakin ermənilər burada atom bombası partlatmayıblar, onların atom bombası yox idi. Ermənilər burada Azərbaycan xalqına nifrət bombası partladıblar.

Axar.az xəbər verir ki, bunu mayın 1-də Ağdamda səfərdə olan Rusiyada çıxan “Nasionalnaya oborona” jurnalının baş redaktoru İqor Korotçenko jurnalistlərə müsahibəsində söyləyib.

İ.Korotçenko qeyd edib ki, törədilmiş dağıntıların miqyası ağlasığmazdır:

“Dünyada bəlkə ikinci elə yer yoxdur ki, vandalizm, nifrət və düşmənçilik bu qədər geniş miqyas almış olsun. Bu, hərbi cinayətdir, Ermənistanın hərbi və siyasi rəhbərləri buna görə beynəlxalq tribunalda cavab verməlidirlər. Belə əməlləri bağışlamaq mümkün deyil. Bu, insanlıq əleyhinə cinayətdir. Bir daha təkrar edirəm, bu, vəhşicəsinə törədilmiş hərbi cinayətdir. Ermənistanda Birinci və İkinci Qarabağ müharibələrini törətmiş siyasətçilər, 1 milyondan çox azərbaycanlını doğma yurdlarından qovmuş erməni hərbçiləri və yaraqlıları öz hərbi cinayətlərinə görə cavab verməlidirlər”.

Tarix
2021.05.01 / 19:19
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla