Yuxarı

Latviyanın "erməni soyqırımı" ilə bağlı qərarı... - Bayramov

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Latviyanın "erməni soyqırımı" ilə bağlı qərarı... - Bayramov

Bu gün Latviya parlamenti tərəfindən qəbul edilən və 1915-ci il hadisələrini "soyqırımı" kimi tanıyan qərar bizim tərəfimizdən məntiqsiz addım kimi qəbul edilir və qiymətləndirilir. Bu qərarın qəbul edilməsi təəssüf hissi doğurur.

Axar.az xəbər verir ki, bunu Report-a açıqlamasında Azərbaycan-Latviya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Kamran Bayramov deyib.

İşçi qrupunun rəhbəri bildirib ki, Ermənistan tarixi saxtakarlıqlara əl atmaqla, faktları təhrif etməklə dünya ictimaiyyətini çaşdırmağa çalışır:

“Tarixdə “erməni soyqırımı” adında heç nə olmayıb. Bunu tarixi faktlar da sübut edir. Heç bir tarixi faktlarla, sənədlərlə təsdiq olunmamış hadisəyə necə qiymət vermək olar?! Xatırladım ki, ermənilər illər boyu türklərə, azərbaycanlılara qarşı kütləvi qırğınlar, soyqırımıları törədiblər. Ermənilərin Xocalı soyqırımını etdikləri sübut olunub. Ancaq çox təəssüf ki, bir çox dövlətlər buna göz yumurlar”.

Deputat hesab edir ki, Latviya parlamenti tərəfindən qəbul edilən “erməni soyqırımı” ilə bağlı qətnaməyə hazırlıqsız insanlar səs verib:

“Çünki soyqırımı cinayətlərinin qarşısının alınması və cəzalandırılması haqqında konvensiyaya əsasən, gərək soyqırımı cinayətinin olması barədə səlahiyyətli məhkəmə orqanının qərarı olsun. “Erməni soyqırımı” ilə bağlı heç bir sənəd, məhkəmə qərarı mövcud deyil. Ona görə də Latviya parlamenti tərəfindən qəbul edilən bu qərarı ədalətsiz adlandırıram. Bir məsələni də qeyd edim ki, Türkiyə və Latviya NATO-nun üzvüdür. Hesab edirəm ki, belə bir qərarın qəbul edilməsi ikitərəfli münasibətlərə xələl gətirəcək”.

Tarix
2021.05.06 / 16:32
Müəllif
Axar.az
Digər xəbərlər

Səudiyyədə əmlak sahibi olmaq istəyənlərin diqqətinə!

Vardanyan barədə sənədli film hazırlandı - Video

Erməni lobbisi indi yeni tezis irəli sürür - Yalçın

Azərbaycanın diaspor nümayəndələri saxlanıldı - Video

Zəngəzur dəhlizi ilə bir neçə məqsədə nail olacağıq

Bu ölkə ilə ilk siyasi məsləhətləşmələr keçirildi

Azərbaycanlı kapitan Ukraynada həlak oldu - Foto

Əliyevin liderliyi ilə çox vacib addımlar atılır - Türkiyə XİN

Heydər Əliyevin nəvələri ilə səmimi - Videosu

Tehran və Bakı ortaq gələcək qurmağa sadiqdir - Arakçı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla