Yuxarı

İrandan Xankəndiyə gələn TIR-larla bağlı - Bəyanat

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İrandan Xankəndiyə gələn TIR-larla bağlı - Bəyanat

İran İslam Respublikasının Azərbaycandakı səfirliyi xüsusi bəyanatla çıxış edib.

Axar.az xəbər verir ki, həmin bəyanat İrana məxsus maşınların Qarabağın dağlıq hissəsində yaşayan ermənilərə qanunsuz olaraq humanitar yardım daşıması barədə yayılan videoları təkzib edən mətndən ibarətdir.

"Dost və qardaş Azərbaycan Respublikasının şərəfli və müdrik xalqının diqqətinə çatdırılır:

Laçın dəhlizindən İrana məxsus yük maşınlarının Qarabağa gediş-gəlişi ilə bağlı kiber məkanda irəli sürülən iddialara cavab olaraq, İran İslam Respublikasının müvafiq qurumları tərəfindən aparılmış araşdırmalara əsasən iddianı və yayımlanan videonu sübut edən heç bir dəlil əldə edilməmişdir.

İki dost və qardaş ölkə arasındakı münasibətlərin inkişaf etdiyi bir vaxtda, iki ölkə arasındakı münasibətlərin inkişafını istəməyən kanallar və qruplar tərəfindən belə əsassız və yalan məlumatlar yayımlanır", - bəyanatda bildirilib.

Qeyd edək ki, sosial mediada və ölkə saytlarında Laçın dəhlizindən İrana məxsus yük maşınlarının Qarabağa gediş-gəlişi ilə bağlı videolar yayılıb. İddia olunur ki, həmin videolarda görüntülənən maşınların nömrələri İrana məxsusdur.

Tarix
2021.05.08 / 23:10
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyev və Paşinyanın bir araya gəlməsi... - Senator

Hikmət Hacıyev İran səfiri ilə nələri müzakirə etdi?

Biz Bakı ilə real nəticələr əldə etmək istəyirik - Orr

Ceyhun Bayramov kanadalı həmkarı ilə danışdı

TRİPP Bakı və İrəvan arasında sülh sazişinin lövbəridir - Rubio

Əfqanıstan baş naziri İlham Əliyevi təbrik etdi

Pezeşkiandan Əliyevə: Dil, din, tarix ortaqlığı...

Şahabuddin İlham Əliyevi təbrik etdi

İƏT baş katibi İlham Əliyevə təbrik məktubu ünvanladı

BTQ istismara verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla