Yuxarı

KTMT Qaragölü müzakirə edəcək: nə gözlənilir? - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
KTMT Qaragölü müzakirə edəcək: nə gözlənilir? - Video

15:25

Ermənistan KTMT-nin üzvüdür və sabah keçiriləcək toplantıda da Qaragöllə bağlı şişirtdiyi məsələni müzakirəyə çıxarıb.

Bu sözləri Axar.az-a Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli deyib.

O bildirib ki, Ermənistan hazırkı geosiyasi reallıqları anlamaq iqtidarında deyil:

“İrəvanın məqsədi aydındır: KTMT, Rusiya, Qərbin diqqətini regiona çəkib “dövlət sərhədimizə müdaxilə var” iddiası ilə Azərbaycana qarşı beynəlxalq koalisiya yaratmaq. Amma belə bir şey mümkün deyil.

Birincisi, hazırda Ermənistanın şişirtdiyi kimi, hər hansı dövlət sərhədinə müdaxilə yoxdur. Rəsmi Bakı beynəlxalq hüquq çərçivəsində öz qanuni sərhədlərini bərpa edir. Bunun adı heç bir halda hansısa dövlətin sərhədlərinə müdaxilə ola bilməz. Azərbaycanın niyyəti həqiqətən də Ermənistan dövlət sərhədlərini pozmaq olsa idi, bu gün ermənilər üçrəngli bayrağımızı Ermənistan parlamentinin başında dalğalanan görərdilər.

İkincisi, Ermənistan istər 44 günlük müharibəsi öncəsi, istər 44 günlük müharibə ərəfəsində onsuz da bir yox, bir neçə dəfə Rusiyanın, KTMT-nin, Qərbin regiona müdaxilə etməsini, yəni onun yerinə başqalarının müharibə etməsini istəyib. Lakin diplomatik sferada Azərbaycanı da, Ermənistanı da hər kəs tanıyır. Bu gün hər kəsə bəllidir ki, rəsmi Bakı qanunsuz iş görmür”.

Politoloq bildirib ki, KTMT-nin əslində hansı mövqedə olacağını ötən gün Rusiya XİN başçısı Lavrov dedi:

“Sabah KTMT XİN başçılarının toplantısı olacaq. Sergey Lavrov da ötən gün bildirdi ki, sərhəddə heç bir atışma yoxdur, heç bir toqquşma baş verməyib, sakitcə sərhəd delimitasiya və demarkasiyası prosesi üzrə danışıqlar gedir, Rusiya da xəritələrlə və məsləhətlərlə dəstək verir. Lavrov eyni zamanda açıq şəkildə bildirdi ki, baş verənlərdən hissləri oynatmaq üçün istifadə etməyə heç bir əsas yoxdur. Hətta ermənipərəst Lavrov da bu mövqedədirsə, onda KTMT-nin müzakirədən sonra formal müraciətindən başqa heç nə gözləməyə dəyməz”.

Tarix
2021.05.18 / 16:28
Müəllif
Turan Rzayev
Digər xəbərlər

Konstitusiyada Bəyannaməyə istinad olmayacaq - Paşinyan

Prezidentlər və xanımları İsmayıl Samani türbəsində

Bakı və İrəvan sülh üçün bunu dayandırmalıdır - Paşinyan

Nümayəndə heyətimiz Buxara Ark qalasında - Video

TRİPP dəmir yolu bu ərazilərdən keçəcək - Paşinyan

İlham Əliyev və xanımı Buxarada səfərdədir - Video

İlham Əliyev Zelenskini təbrik etdi

Qarabağın bərpasında ilk kömək edən ölkə... - Prezident

Prezidentlər mətbuata bəyanatla çıxış etdilər

Əliyevin Özbəkistana səfəri tarixi hadisədir - Mirziyayev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla