Yuxarı

Petrosyan: Bakıya qarşı təhdid səsləndirməyi bitirin!

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

44 günlük müharibədə məğlubiyyətə görə təkcə Nikol Paşinyan məsuliyyət daşımır.

Axar.az xəbər verir ki, bunu Ermənistanın eks-prezidenti Levon Ter-Petrosyan deyib. O, Paşinyanın sələflərinin bu məğlubiyyətdə günahkar olduğunu bildirib.

Ter-Petrosyan Paşinyanın sələfləri siyahısında Vətənin Xilası Hərəkatının üzvlərinin olduğunu söyləyib.

Eks-prezident Paşinyanı “müxalifətin övladı” adlandırıb:

“1997-ci ildən başlayaraq, Erməni Ümummilli Hərəkatını çıxmaq şərti ilə Ermənistandakı bütün siyasi qüvvələr davamlı olaraq İrəvan üçün Qarabağ probleminin həllində əlverişli olan bütün təşəbbüsləri və cəhdləri rədd ediblər. Bütün qüvvələr Qarabağda status-kvonun saxlanması siyasətinə sarılmışdılar və hansısa kompromis variantlarından imtina edirdilər. Nəticədə ölkəni elə fəlakətə gətirib çıxardılar ki, indi yalnız Paşinyanı ittiham edirlər.

Anlamaq lazımdır ki, bizim fəlakət payımızda xalqın heç bir günahı yoxdur. Məhz xalq bu fəlakətin nəticəsinin yeganə və birbaşa daşıyıcısıdır”.

O, Ermənistan və diasporun hələ də məğlubiyyətdən heç bir nəticə çıxarmadığını bildirib:

“Müharibədən sonrakı ritorika yenə də xarici dünyadan mənasız, boş gözləntilərdən, Azərbaycan və Türkiyənin ünvanına təhdidlər səsləndirməkdən ibarətdir. Seçkiqabağı kampaniya dövründə bu tendensiya yalnız güclənəcək. Bu o deməkdir ki, erməni xalqını itkilər və məyusluq gözləyir”.

Tarix
2021.05.24 / 13:40
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Qurulevdən Musabəyova cavab: Səs yazısını dinlə, axmaq...

İki vəkilə xəbərdarlıq edildi, birinin isə...

Kremlin Zəngəzurla bağlı şərtləri - Paşinyan cavab verəcək!

İlham Əliyevlə Trampın dialoqunun tam versiyası - Video

Qarabağ Fondunun Müşahidə Şurasındakı dəyişiklik...

Nazirlik binasının şüşələrini 248 min manata təmizlətdirəcək

Asim Munirə Azərbaycanın hərbi medalı təqdim edildi

Paşinyan inqilabi dönüş yaratdı - Şmuleviç

Minsk qrupunun işinə son qoyuldu - Qurtulmuş

Bakı ilə İrəvan arasında razılaşma... – Pakistan prezidenti

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla