Yuxarı

Pensiya ödənişləri kəskin artdı - Səbəb

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Pensiya ödənişləri kəskin artdı - Səbəb

Dövlət Sosial Müdafiə Fondunun məlumatına görə, bu ilin ilk 7 ayında pensiya ödənişlərinə ötən ilin uyğun dövrü ilə müqayisədə 10 faiz çox vəsait ayrılıb. Bu o deməkdir ki, 367 miilyon manat çox olmaqla həmin müddətdə pensiyaların verilməsinə 4 milyard 142 milyon manat xərclənib.

Axar.az xəbər verir ki, bu sözləri millət vəkili, iqtisadçı alim Vüqar Bayramov qeyd edib.

Onun sözlərinə görə, pensiya ödənişlərindəki artım daha çox 2025-ci ildə 5-ci sosial paketin tətbiqi ilə bağlıdır:

“Belə ki, sosial paket çərçivəsində bu ilin əvvəlindən etibarən bütün növ əmək pensiyaları 8,1 faiz indeksləşdirilərək artırılıb. Eyni zamanda, bu ilin fevralın 1-dən minimum pensiya 14,3 faiz artımla 320 manata çatdırılıb. Bunlar isə pensiya xərclərinə birbaşa təsir göstərib.

Pensiya artımları 1.1 milyon vətəndaşımızı əhatə edib. Bu baxımdan, bu qərarlar ümumi pensiya ayırmalarının artmasına səbəb olub.

Digər tərəfdən, bu ilin geridə qalan aylarında pensiya təyinaları da davam etdirilib. Yeni pensiya təyinatları dövlət büdcəsindən bu istiqamətə əlavə vəsait ayrılması anlamına gəlir. Həmin müddətdə 27 min pensiya təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib. Qeyd edək ki, bu aralıqda 94 min 200 nəfərdən çox şəxsə proaktiv qaydada sosial müavinət və təqaüd təyin olunub. Bu isə prosesin elektronlaşmasından və qərarların çevik qəbulundan xəbər verir.

2025-ci ildə Azərbaycanın dövlət büdcəsinin sosial xərcləri 16,9 milyard manat təşkil edəcək. Sosial müdafiə və sosial təminat xərcləri isə 4,8 milyard manatdır. Bu isə 2025-ci ildə sosial istiqamətə, o cümlədən pensiya ödənişlərinə daha çox vəsaitin ayrılması deməkdir”.

Tarix
2025.08.13 / 22:08
Müəllif
Axar.az
Digər xəbərlər

Bakıdan Kremlə Qarabağ xatırlatması: Heç bir ölkə...

Kremldən Qarabağ açıqlaması: Putin bunu istəyir...

Zori Balayan öldü

Rövnəq Abdullayevlə bağlı qərar: 16 illik fəaliyyət dövrü

Xəzərin səviyyəsi 20 illik azalmadan sonra sabitləşdi

Azərbaycan üzərindən malların tədarükü... - Papoyan

Azərbaycanlı xanım Nyu Yorkdan elə video paylaşdı ki...

Əliyevin bu sözləri Türk dünyasında böyük əks-səda doğurdu

İlham Əliyev Seneqal prezidentini təbrik etdi

Azərbaycan bundan ən çox zərər çəkən ölkələrdəndir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla