Yuxarı

Əliyevin bu sözləri Türk dünyasında böyük əks-səda doğurdu

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əliyevin bu sözləri Türk dünyasında böyük əks-səda doğurdu

Azərbaycan Prezidenti İlham Əliyevin Türk Dövlətləri Təşkilatının (TDT) gücləndirilməsinə və birliyinə dair sözləri Türk dünyasında böyük əks-səda doğurub. Ölkə başçısının açıqlamaları, türk xalqlarının özünü anlamasına, xüsusən də gənclərimizin maarifləndirilməsinə töhfə verən çox vacib amildir.

Axar.az xəbər verir ki, bu sözləri Azərtac-a açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq səfiri, “İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyədəki nümayəndəsi və TADİV Fondunun İdarə Heyətinin üzvü Hulusi Kılıç bildirib.

TDT-yə üzv dövlətlərin hökumət başçıları/Vitse-prezidenti ilə görüşünün nəticələrini şərh edən H.Kılıç qeyd edib ki, Türk Dövlətləri Təşkilatının hər tədbiri Türk dünyasında birlik və inkişaf üçün əhəmiyyətli bir platformadır.

Regionun “alov halqası” ilə əhatə olunduğu bir vaxtda belə bir mühüm, yüksəksəviyyəli görüşün Bakıda keçirilməsinin Türk dünyasında böyük məmnuniyyətlə qarşılandığını, region ölkələri tərəfindən diqqətlə izləndiyini vurğulayan Türkiyənin sabiq səfiri Azərbaycan Prezidenti İlham Əliyevin TDT-nin dünya miqyasında böyük nüfuz qazanması və beynəlxalq mövqeyinin möhkəmlənməsi ilə bağlı sözlərinə diqqət çəkib.

“Ali Baş Komandan İlham Əliyev TDT hökumət başçılarının/Vitse-prezidentinin görüşünün iştirakçılarını qəbul edərkən dünyada etnik köklərə əsaslanan çox az təşkilatın olduğunu və bunun Türk Dövlətləri Təşkilatı üçün üstünlük olduğunu bildirib, “etnik köklərimiz bizi birləşdirir” ifadəsini işlədib. Etnik kimlik əsas amildir. Bundan sonra coğrafiyamız və ölkələr arasında daha yaxşı və səmimi münasibətlərin qurulması kimi ortaq məqsədimiz də vacibdir", - deyə “İMZA” İctimai Birliyinin nümayəndəsi H.Kılıç sözlərini “Nə mutlu Türkəm deyənə!” ifadəsi ilə yekunlaşdırıb.

Tarix
2026.04.04 / 12:15
Müəllif
Axar.az
Digər xəbərlər

Paris Bakını blokladı, Türkiyə dərhal hərəkətə keçdi

2022-ci ildə Azərbaycanda bunun şahidi olduq - Bayraqdar

Azərbaycan və Türkiyə arasında son 10 gündə baş verənlər...

Qarabağ zəfərini bilirsinizmi kim qazandı? - Türk general

Hulusi Kılıçdan Azərbaycanla bağlı çağırış: Səsinizi kəsin!

6 il öncə Qələbəmizi izləyən güneylilər - Video

Prezident Türkiyəni nəzərdə tuturdu? - Sərrast cavab!

Medvedyev İrəvanı təhdid etdi: Yeni Ukraynaya çevriləcək

Prezidentin çıxışı ilə bağlı videoçarx paylaşıldı

YAP-ın qurultayının əsas siyasi məzmunu... – Qafarov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla