Yuxarı

Azərbaycan üzərindən malların tədarükü... - Papoyan

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan üzərindən malların tədarükü... - Papoyan

Ermənistana Azərbaycan mənşəli bəzi mallar, o cümlədən benzin və dizel yanacağı daxil olur, eləcə də Azərbaycan ərazisindən müntəzəm olaraq yüklərin tranziti həyata keçirilir.

Axar.az Report-a istinadən xəbər verir ki, bu barədə ölkənin iqtisadiyyat naziri Gevorq Papoyan bildirib.

"Ermənistana Azərbaycan mənşəli 1-2 mal daxil olur: benzin, dizel yanacağı və demək olar ki, hər gün Azərbaycan üzərindən nə isə daxil olur. Məsələn, supermarket şəbəkələrindən biri, "Nor Zovk", Azərbaycan ərazisindən manna yarmasının idxalı üçün müraciət edib, digər bir təşkilat Rusiya kömürünün idxalı üçün müraciət edib, üçüncüsü taxıl üçün, dördüncüsü gübrə üçün. Bu, artıq çox geniş yayılmış bir hala çevrilib. Mən artıq nə qədər malın daşınmalı olduğunun hesabını itirmişəm", - o deyib.

Papoyan həmçinin Ermənistanın Azərbaycana ixrac edə biləcəyi məhsulların mövcudluğu ilə bağlı suala da müsbət cavab verib:

"Belə məhsul var, folqa ilə bağlı konkret sorğu olub və Azərbaycan tərəfi folqa üçün konkret qiymət istəyib, bizim istehsalçımız isə onu təqdim edib. Başqa sözlə, onlar dedilər: bizi filan qalınlıqda folqa maraqlandırır, onu hansı həcmdə, hansı müddətə və hansı qiymətə təklif edə biləcəyinizi deyə bilərsinizmi? Bizim istehsalçımız həcmi, qiyməti təqdim etdi, biz hələ ki cavab almamışıq".

Tarix
2026.04.04 / 14:56
Müəllif
Axar.az
Digər xəbərlər

Gürcüstanda azərbaycanlılar və türklər həbs edildi

Rusiya bu məhsulu Ermənistana satacaq, Azərbaycana yox

Ramiz Mehdiyev evindən çıxan milyonlardan danışdı

Qəbul imtahanlarında yeni modelə ehtiyac var: SAT, İELTS...

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

Azərbaycanda bu müəssisə özəlləşdirildi

Yeni şöbə yaradıldı, Rəsulov müdir təyin olundu

Dövlət Proqramında səmərəsiz xərclərə yol verilib - HP

Azərbaycan ilk dəfə MDB-nin sədri olacaq - Lebedev

“Sülh körpüsü”: ikitərəfli dəyirmi masa başa çatdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla