Yuxarı

MQ indi nə deyir? Mina döşəyən 6 diversantı buraxaq?..

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
MQ indi nə deyir? Mina döşəyən 6 diversantı buraxaq?..

Dünən iki jurnalist qardaşımız Kəlbəcərdə öz vəzifələrini yerinə yetirərkən minaya düşərək şəhid oldu. 10 noyabr bəyanatından sonra Azərbaycan sərhədini qanunsuz keçən, əsgərlərimizi, mülki şəxslərimizi şəhid edən erməni terrorçularının buraxılması üçün haray-həşir salan, qətnamə qəbul edən beynəlxalq təşkilatlar indi susublar.

ATƏT hadisə ilə bağlı bəyanatında məsələdən narahat olduğunu, günahkarların tapılıb cəzalandırılmasını istəyib. Məgər günahkar bəlli deyil? Ağıl var, məntiq var: Azərbaycan öz torpağına mina döşəyəsi deyil ki! Bunu edən Ermənistandır, minalanmış ərazilərin xəritəsini Azərbaycana verməyən də Ermənistandır.

28 mayda Minsk Qrupu həmsədrləri Kəlbəcərdə ərazilirəmizi minalayarkən ordumuz tərəfindən yaxalanan 6 erməni diversant-terrorçunun buraxılması üçün bəyanat yaydılar. Amma indi günahkarın adını çəkib, tələb irəli sürmək istəmirlər.

Mina çox təhlükəli silahdır, ancaq beynəlxalq təşkilatların bu vəhşilik qarşısında susması bəşəriyyətin gələcəyi üçün minadan qat-qat daha təhlükəlidir. Biz sülh istəyən, əmin-amanlıq şəraitində yaşamaq istəyən bir millətik və harada olmasından asılı olmayaraq terrora qarşıyıq. Sülhün ən vacib şərti isə ədalətdir. Yəni cinayətkar cəzalanmalıdır. Cəzasızlıq yeni cinayətlərin təməlini qoyur. Beynəlxalq təşkilatlar nə qədər görmək istəməsələr belə, tarix bugünləri, həqiqətləri yazır. Həqiqətin deyilməməsi, gizlədilməsi bizim ona olan borcumuzu artırır. Həqiqətin bizdən öz borcunu geri almağının nəticəsi isə fəlakət olur.

Göz yummaq, görməzdən gəlmək məsələsi bumeranq kimidir. Heç kimə, heç bir dövlətə terror arzulamırıq. Ancaq vaxt gələcək bu göz yumduğunuz, görməzdən gəldiyiniz, siyasi manipulyasiyalara qurban verdiyiniz terror sizin də qapınızı döyəcək.

Sabah hər şey üçün çox gec olacaq...

Tarix
2021.06.05 / 08:30
Müəllif
Söhrab İsmayıl
Digər xəbərlər

Laçından Mehriyə keçmişdi: 1 noyabrdan Molodeçnodur

Türkiyədə İlham Əliyevin adından yayılan bu fikirlər...

Ermənistanda Nəsimi haqda müəmma: nəyi gizlədirlər?

Nazirlər Milli Məclisə toplanır

Naxçıvana hücum olur, Türkiyədə Bakı ittiham edilir...

Öcalan azadlığa çıxdı - Sensasiya

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Cənubi Qafqazda sülh onlara da fayda gətirməlidir

“Yeni Yalta”: 3 lider dünyanı bölməyə toplanır?

Trampdan İlham Əliyevə xüsusi dəvət - Təcili

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla