Yuxarı

Bayden Putindən öncə Ərdoğanla buna görə görüşür - Qobl

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bayden Putindən öncə Ərdoğanla buna görə görüşür - Qobl

ABŞ Dövlət katibinin keçmiş müşaviri, politoloq Pol Qoblun Axar.az-a müsahibəsi:

– Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu Parisə səfəri ərəfəsində dərc olunan məşhur məqaləsində Fransanı “dost və müttəfiq ölkə” adlandırdı. Bu səfər və səfərdə verilən mesaj Türkiyə ilə Fransa arasında münasibətlərin yenidən normallaşmasına stimul verəcəkmi?

– Belə açıqlamalar elə də böyük məna kəsb etmir. Çavuşoğlunun sözləri rəsmi Ankaranın NATO müttəfiqi olaraq Parislə əməkdaşlığlını davam etdirəcəyini göstərir. Səfər zamanı səsləndirilən fikirlərin qeyd etdiyim nüansdan daha artıq bir şeyi ifadə etdiyini düşünmürəm.

– ABŞ Prezidenti Co Baydenin Ərdoğanla görüşünü qiymətləndirmənizi istərdik.

– Bayden-Ərdoğan görüşü olduqca önəmli bir görüş olacaq. ABŞ və Türkiyənin müzakirə edəcək çox mövzusu var. Ən önəmli məqam isə artıq gözlənilən görüşün liderlərin gündəliyinə daxil edilməsidir. Çox uzun müddətdir ki, Vaşinqton və Ankara arasında ehtiyac duyulan yüksək səviyyəli münasibətlər mövcud deyil. Bunun iki ölkə arasında, xüsusən Cənubi Qafqazda genişlənən əməkdaşlığa gətirib çıxaracağı ümidi var.

– Bayden-Ərdoğan görüşünün ardınca Bayden-Putin görüşü baş tutacaq. Bu görüşlərin ardıcıllığında hansısa bir məntiq axtarmağa dəyərmi?

– Görüşlərin siyasi cəhətdən öncədən hesablanaraq ardıcıl salındığını düşünmürəm. Lakin bununla yanaşı ABŞ Prezidentinin Rusiya lideri Putinlə görüşə Türkiyənin Qərb ittifaqındakı mövqeyini qoruduğuna dair açıq bir əminliklə girmək istədiyinə əminəm.

– Dünyanın gözlədiyi Bayden-Putin görüşündən sizin gözləntiləriniz nələrdir?

– Şəxsən mən çox şey gözləmirəm. Putin Baydenin etməyəcəyi güzəştlər istəyir, amma Ağ Evin rəhbəri aqressiv rus liderin önündə geri addım atmış kimi görünmək istəmir. Sözügedən görüşün bəzilərinin proqnozlaşdırdığı kimi dönüş nöqtəsi olacağını da düşünmürəm.

Tarix
2021.06.09 / 14:42
Müəllif
Rəfiqə Əlisəfa
Digər xəbərlər

Bolqarıstan prezidenti Sumqayıtda

Türkiyədə Azərbaycana qarşı yeni kampaniya - Kimlər var?

Dünya Bankı Azərbaycanda bu yolu bərpa edəcək

Köçərlinin vəsatəti təmin edildi: Silinən görüntülər...

Bakı Şəhərsalma Mükafatı təsis edildi

Sahibə Qafarova Rusiyaya getdi

Bayramov AB rəsmisi ilə yeni ikitərəfli sazişi müzakirə etdi

Azərbaycanda cəmi 3 qadının bacardığı riskli peşə...

Bakının həbs etdiyi silah baronu “mələyə” çevrilir?

Türkiyə yeni hərbi sistemə keçir: 3 dənizdə güc...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla