Yuxarı

Oqtay Əsədov Albert Friklə görüşdü - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Oqtay Əsədov Albert Friklə görüşdü - Foto

Milli Məclisin sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Lixtenşteyn parlamentinin spikeri Albert Friklə görüşüb.

Milli Məclisin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, O. Əsədov bildirib ki, bu səfər iki ölkə arasında parlamentlər səviyyəsində əlaqələrin inkişafına yeni impuls verəcək.

"Biz qanunverici orqanlar arasında əməkdaşlığın dərinləşməsinə, nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinə böyük önəm veririk. Hesab edirik ki, siyasi əlaqələrimizin dərinləşməsi iqtisadi münasibətlərimizə də öz müsbət təsirini göstərəcək. Lixtenşteyndə kiçik şirkətlərin fəaliyyəti üçün yaradılmış şərait Azərbaycan üçün də maraqlıdır".

O. Əsədov bu səfərin I Avropa Oyunlarının keçirildiyi dövrə təsadüf etdiyini bildirərək, belə mötəbər tədbirin Azərbaycanda keçirilməsindən ölkə ictimaiyyətinin fərəh duyduğunu söyləyib. O qeyd edib ki, tədbirə ev sahibliyi edən Azərbaycan qısa zaman kəsiyində yüksək standartlara cavab verən müasir idman qurğuları yaratmağa nail olub. Bu infrastruktur gələcəkdə də mötəbər idman yarışlarının keçirilməsinə yaxşı əsaslar yaradır. Spiker ümidvar olduğunu bildirib ki, səfər çərçivəsində qonaq Bakıdakı müasir idman qurğuları ilə tanış olmağa imkan tapacaq, I Avropa Oyunlarının bağlanış mərasimində iştirak edəcək.

A. Frik isə Azərbaycanda gördüyü qonaqpərvərlikdən məmnun olduğunu söyləyib. O, I Avropa Oyunlarının keçirildiyi günlərdə Bakıya səfər etməsini buradakı müasir idman tikililəri ilə tanış olmaq üçün bir fürsət kimi dəyərləndirib. A. Frik ölkəsini təmsil edən idmançıların Bakıda onlar üçün yaradılmış şəraitdən razı qaldıqlarını qeyd edərək, bir sıra yarışları və Oyunların bağlanış mərasimini izləmək fikrində olduğunu vurğulayıb.

Söhbət zamanı parlamentlərarası əlaqələrin inkişafı, siyasi, iqtisadi sahələrdə münasibətlərin gələcək inkişaf perspektivləri və tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Görüşdə Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli, ölkəmizin Lixtenşteyndəki səfiri Əkrəm Zeynallı və digər rəsmi şəxslər iştirak ediblər.

Tarix
2015.06.27 / 19:37
Müəllif
Axar.az
Digər xəbərlər

Nazirlik bu universiteti cərimələdi

Bu saziş regionda sülhün təməl daşıdır - Boçorişvili

Gələn il Ermənistanla sülh sazişi bağlanacaq - Əmirbəyov

Türkiyə ilə sərhədlərin açılması... - Mirzoyan

Merz İlham Əliyevi Almaniyaya dəvət etdi

Azərbaycan-NATO əməkdaşlığı müzakirə olundu

Erməni kilsəsi dağıdıcı təbliğat aparır - Şeyx

Almaniya kansleri İlham Əliyevə zəng etdi

Mehdiyevin agentura şəbəkəsinin hədəfi - Zahid Oruc

Avropa Birliyi bundan sonra Bakı və İrəvana... - Kallas

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla