Yuxarı

Marukyan: 10 noyabr bəyanatından imtina etsək... - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Marukyan: 10 noyabr bəyanatından imtina etsək... - Video

10 noyabr üçtərəfli bəyanatının ləğvi yeni müharibə deməkdir. Bunu anladıqları üçün heç bir siyasi qüvvə belə bir açıqlama ilə çıxış etmir.

Axar.az xəbər verir ki, bu sözləri Çiçəklənən Ermənistan Partiyasının sədri Edmon Marukyan deyib.

“Əgər Ermənistanın yeni müharibə üçün potensialı olsaydı, o zaman Zəngəzur (Sünik) bölgəsinə müdaxilə müharibəyə səbəb olardı. Ancaq biz sülh yolu ilə getməyə məcburuq”, - o bildirib.

Marukyan deyib ki, hansı qüvvə hakimiyyətə gələcəyi təqdirdə müharibəyə başlayacağını deyirsə, ya yalançı, ya da avantüristdir.

O həmçinin vurğulayıb ki, Ermənistanın Azərbaycana "dəhliz" verməsindən (Zəngəzur dəhlizi nəzərdə tutulur) başqa çarəsi yoxdur, çünki bu, bəyanatda əksini tapıb.

“Biz sual veririk: əgər tərəflər kommunikasiyaları açırsa, sizə niyə suveren yol lazımdır ki? Axı tərəflər yolları açır və ondan hər kəs istifadə edə bilər”, - Marukyan qeyd edib.

O, Ermənistan qanunvericiliyi bu prosesə adamtasiya olunana qədər bu addımın atılmaması gərəkdiyini də bildirib.

Tarix
2021.06.13 / 22:38
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanda Nəsimi haqda müəmma: nəyi gizlədirlər?

Nazirlər Milli Məclisə toplanır

Naxçıvana hücum olur, Türkiyədə Bakı ittiham edilir...

Öcalan azadlığa çıxdı - Sensasiya

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Cənubi Qafqazda sülh onlara da fayda gətirməlidir

“Yeni Yalta”: 3 lider dünyanı bölməyə toplanır?

Trampdan İlham Əliyevə xüsusi dəvət - Təcili

Tiflisdə 68 milyon dollarlıq otelin sahibi kimdir?

Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla