Yuxarı

Köçəryanın sərsəm iddiası: Hadrutu alacam, Şuşanı isə... - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Köçəryanın sərsəm iddiası: Hadrutu alacam, Şuşanı isə... - Video

2021.06.13, 23:11

Ermənistanın keçmiş prezidenti, hazırda seçkilərə “Ermənistan” (Hayastan) bloku ilə qatılan Robert Köçəryan seçicilərinə ağlasığmaz və revanşist vədlər verməkdə davam edir.

Axar.az xəbər verir ki, Köçəryan Hadrutu yenidən “qaytaracağı”na (işğal edəcəyinə) böyük ölçüdə ümid etdiyini bildirib.

Dilicanda seçicilərlə görüşdə Köçəryan iddia edib ki, Şuşanın da “qayıdacağına” “qismən inanır”.

Onun arqumenti isə belədir: keçmiş və 1991-ci ildə Azərbaycan parlamentinin qərarı ilə ləğv edilən Dağlıq Qarabağ Muxtar Vilayətinin “sərhədi”nin bərpası ilə bu, mümkündür.

Köçəryan deyib ki, bu proses iki il vaxt ala bilər:

“Ancaq belə bir ciddi danışıqlar üçün müttəfiqlərlə əlaqələri bərpa etmək lazımdır. Bunun ardınca siz görəcəksiniz ki, bu məsələnin həlli mümkündür. Bu məsələni məndən yaxşı heç kim həll edə bilməz”.

Köçəryan davamında Rusiyadakı erməni biznesmenlərlə danışıqlar apardığını, ermənilərin Qarabağa köçürülməsi üçün tikinti işləri görəcəyini də vəd edib. O bildirib ki, bu işə “Hayastan” fondundan 100 milyon dollar ayrıla və kəndlər böyüdülə, çoxsaylı evlər tikilə bilər.

Qeyd edək ki, Köçəryan revanşist iddialarla seçkiyə girib və yenə də xalqı uçuruma aparan vədlər verməklə məşğuldur. İşğalı davam etdirməyə çalışan Köçəryan yeni reallıqları qəbul etməməklə faktiki olaraq Ermənistanın bir dövlət kimi varlığını artıq sual altına alır. Çünki bu işğalçı ünsür hələ də Türkiyənin artıq regionda olduğunu, Azərbaycanın Qafqazın ən qüdrətli dövlətinə çevrildiyini və Rusiyanın Putinin simasında Bakı ilə ciddi müttəfiqlik əlaqələrinə malik olduğunu dərk etmir.

Tarix
2021.06.14 / 10:18
Müəllif
Axar.az
Digər xəbərlər

Putin yalan danışır, Ermənistana təzyiq edir...

Ermənistanın aqibəti Ukrayna kimi ola bilər? - Bəyanat

Kos Bolqarıstan rəsmisi ilə Cənubi Qafqazı müzakirə etdi

Azərbaycanın inkişaf tempi məni heyran edib... - Babiş

Pezeşkian iclas keçirdi: Azərbaycanla bağlı tapşırıq...

Bu halda İcəvanın yarısını itirəcəkdik

Azərbaycana qarşı hər hansı təxribatlar olarsa... - Deputat

Azərbaycandan Ermənistana buğda və gübrə göndərildi

İrakli Kobaxidze İlham Əliyevi təbrik etdi

Prezident Xankəndidə bu müəssisənin açılışını etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla