Yuxarı

Bakı və Ankara bu sahədə də əməkdaşlığı genişləndirir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan və Türkiyə aqrar sığorta sahəsində əməkdaşlığı daha da genişləndiriməyə hazırlaşırlar.

Axar.az xəbər verir ki, iki ölkə arasında aqrar sığorta sisteminin inkişafı və genişləndirilməsi məsələləri Türkiyənin kənd təsərrüfatı və meşə nazirinin müavini Fateh Metinlə Azərbaycanın Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqovun görüşündə müzakirə edilib.

Görüşdə qeyd olunub ki, Azərbaycanda aqrar sığorta sisteminin qurulmasına qardaş ölkə böyük dəstək verib. Aqrar Sığorta Fondu və Türkiyənin Kənd Təsərrüfatı Sığortaları Sistemi – TARSİM təşkilatı arasında imzalanan razılaşmalara əsasən, Türkiyə tərəfi ölkəmizdə aqrar sığorta sisteminin qurulmasının bütün mərhələlərində aktiv iştirak edib.

Hazırda bu əməkdaşlıq və təcrübə mübadiləsi davam edir və onun daha da genişlənməsi nəzərdə tutulur.

Aqrar Sığorta Fondunda keçirilən görüşdə bildirilib ki, hazırda Azərbaycanda aqrar sığorta vasitəsilə 14 bitki növü, südlük mal-qara və balıqçılıq təsərrüfatları sığortalanır. Ölkə fermerləri aqrar sığortaya böyük maraq göstərirlər. 2021-ci ilin ilk 4 ayında toplanan sığorta haqlarının 1 milyon manatı keçməsi aqrar sığortaya tələbatın yüksək olduğunun göstəricisidir.

Qarşıdakı dövrdə sığortalanan bitki və heyvanların siyahısının daha da genişləndirilməsi, sığortanın əhatə etdiyi risklərin əhatəsinin isə böyüməsi nəzərdə tutulur.

Görüşdə, həmçinin vurğulanıb ki, bu yeniliklərin tətbiqi məqsədilə Türkiyə və Azərbaycan arasında aqrar sığorta sisteminə dəstək və təcrübə mübadiləsi davam etdiriləcək.

Tarix
2021.06.14 / 22:07
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla