Yuxarı

Bakı və Ankara Moskva üçün İrəvandan daha vacibdir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Brüsseldə təşkil edilən NATO-nun növbəti Zirvə Toplantısından sonra Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan gec də olsa, Qarabağda ədalətin bərqərar olduğunu vurğuladı. Daha sonra Türkiyə lideri Azərbaycana gəldi və Şuşa Bəyannaməsi imzalandı.

Axar.az xəbər verir ki, türkiyəli politoloq, “Sütçü İmam” Universitetinin professoru Toğrul İsmayıl Caliber.az-a açıqlamasında son hadisələri qiymətləndirib.

Politoloq qeyd edib ki, bu bəyannamənin imzalanması Azərbaycanla Türkiyə arasındakı münasibətlərdə yeni bir mərhələdir. Sənədin Şuşada imzalanmasında simvolik məna var, çünki erməni revanşistlər təbliğatında məhz Şuşanı hədəf seçiblər.

“Xatırlatmaq istəyirəm ki, Qars müqaviləsinə görə, Naxçıvanın təhlükəsizliyinə Türkiyə cavabdehdir. Öz növbəsində Şuşa Bəyannaməsinin də imzalanmasındakı rəmzi məna ondan ibarətdir ki, Şuşa üçün də bir növ Türkiyənin zəmanətindən danışmaq olar.

Bundan əlavə, bir dövlət başçısının ilk dəfə olaraq Azərbaycanın işğaldan azad etdiyi ərazilərinə səfər etməsini xüsusi qeyd etmək lazımdır. Bəli, o, dost və müttəfiqdir, amma fakt faktlığında qalır. Bunda bir simvolizm var. Türkiyə ciddi bir dövlətdir, NATO-nun üzvüdür. Deməli, Ermənistanın istənilən revanşist cəhdləri uğursuzluğa məhkumdur”.

T.İsmayıl bu məsələdə yalnız hərbi komponentə diqqət yetirməyi düzgün hesab etmir.

O, Şuşa Bəyannaməsində sosial-iqtisadi, humanitar əməkdaşlıqdan, Zəngəzur dəhlizindən bəhs olunduğunu söyləyib.

Xüsusi olaraq qeyd edib ki, bundan sonra diasporlarımız və bütün Türk dünyası daxilində mövcud olan əlaqələr daha da güclənəcək.

“Azərbaycan və Türkiyə liderləri Ermənistan da daxil olmaqla, qonşularına barış əlini uzadıb bölgənin altı dövlətinə (Azərbaycan, Türkiyə, Gürcüstan, Rusiya, İran, Ermənistan) ortaq iş birliyi təklif etdilər”, - deyə politoloq əlavə etdi.

“Rusiyanın Türkiyə prezidentinin ziyarətinə və Şuşa Bəyannaməsinin imzalanmasına reaksiyası, müəyyən rusiyapərəst təbliğatçıların proqnozlaşdırdığı kimi mənfi deyildi. Bu gözlənilən idimi?” sualına münasibət bildirən T.İsmayıl deyib ki, Rusiyanın bu reaksiyası gözlənilən idi:

"Azərbaycanın Rusiya ilə yaxşı əlaqələri var, heç Türkiyənin də Rusiya Federasiyası ilə münasibətləri pis deyil. Ankara və Moskva həmişə kritik vəziyyətlərdə ortaq dil tapa bilirlər. Zaman dəyişdiyi kimi, dövlətlərin də maraqları dəyişir.

Bu gün Azərbaycan və Türkiyə Rusiyaya, hər zaman ondan nə isə tələb edən, şıltaqlıq göstərən, öz problemlərini daima Moskvanın, yaxud KTMT-nin üzərinə atan Ermənistandan, daha çox fayda verir. Eyni zamanda, Ermənistanda praktiki olaraq rus dilində təhsil yoxdur, Rusiyaya düşmən deyilir, Qərbə inteqrasiya müzakirə edilir”.

Tarix
2021.06.17 / 23:14
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla