Yuxarı

Bayramov BTA prezidenti ilə görüşdü - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bayramov BTA prezidenti ilə görüşdü - Foto

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov iyunun 19-da Antalya Diplomatiya Forumu çərçivəsində Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəli ilə görüşüb.

Axar.az xəbər verir ki, Darxan Kıdırəli Azərbaycan və Türkiyə dövlət başçıları tərəfindən imzalanan Şuşa Bəyannaməsi ilə bağlı təbriklərini çatdırıb. O, Bəyannamədə Beynəlxalq Türk Akademiyasının adının da əks olunduğunu böyük məmnuniyyətlə qeyd edib.

D.Kıdırəli Qarabağ və Nizami Gəncəvinin 880 illiyi ilə bağlı kitabların dərc edildiyi barədə məlumat verib.

Sonra o, “Qafqazlarda türklüyün izi" layihəsi çərçivəsində çap edilən atlas kitabın nüsxəsini nazir Ceyhun Bayramova təqdim edib.

Nazir Ceyhun Bayramov Beynəlxalq Türk Akademiyasının fəaliyyətini yüksək qiymətləndirib. Nazir azad edilmiş ərazilərdəki vəziyyət, geniş miqyaslı dağıntılar ilə bağlı qarşı tərəfə məlumat verib. Ceyhun Bayramov Heydər Əliyev Fondu tərəfindən dərc olunan Qarabağa dair kitabı həmsöhbətinə təqdim edərək, xüsusilə azad edilmiş ərazilərdə tarixi, mədəni irsə vurulmuş ziyana diqqət çəkib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Tarix
2021.06.19 / 20:24
Müəllif
Axar.az
Digər xəbərlər

Putin yalan danışır, Ermənistana təzyiq edir...

Ermənistanın aqibəti Ukrayna kimi ola bilər? - Bəyanat

Kos Bolqarıstan rəsmisi ilə Cənubi Qafqazı müzakirə etdi

Azərbaycanın inkişaf tempi məni heyran edib... - Babiş

Pezeşkian iclas keçirdi: Azərbaycanla bağlı tapşırıq...

Bu halda İcəvanın yarısını itirəcəkdik

Azərbaycana qarşı hər hansı təxribatlar olarsa... - Deputat

Azərbaycandan Ermənistana buğda və gübrə göndərildi

İrakli Kobaxidze İlham Əliyevi təbrik etdi

Prezident Xankəndidə bu müəssisənin açılışını etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla