Yuxarı

İrəvanda seçki nəticəsinin Bakıya təsiri - Millət vəkili

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İrəvanda seçki nəticəsinin Bakıya təsiri - Millət vəkili

Erməni xalqı növbədənkənar parlament seçkilərində sülh istədiyini bəyan etdi. Onlar müharibədən artıq yorulublar, beziblər. Belə qənaətə gəlmək olur ki, Ermənistan silahlı qüvvələrinin əsgər və zabitləri də sülhün lehinə səs veriblər.

Bu sözləri Axar.az-a millət vəkili Elman Nəsirov Ermənistanın baş naziri vəzifəsini müvəqqəti icra edən Nikol Paşinyanın parlament seçkilərində qalib gəlməsi haqda danışarkən deyib.

E.Nəsirov Ermənistanda başa çatmış növbədənkənar parlament seçkilərinin nəticələrinin Azərbaycana təsiri haqda danışıb:

“Birincisi, artıq Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalana bilər.

İkincisi, Zəngəzur dəhlizinin işə salınması real məzmun kəsb edə bilər. Nikol Paşinyan bu məsələdə mövqeyini bildirmişdi, lehinə olduğunu demişdi. İndi isə bütün bunları reallaşdırmaq və prinsipial mövqe ortaya qoymaq üçün unikal şərait yaranıb.

Üçüncüsü isə Ermənistanın minalanmış ərazilərin xəritələrini təqdim edəcəyini hesab edirəm. Çünki bunun alternativi yoxdur. Əks halda, əməkdaşlıq mühitindən söhbət gedə bilməz.

Nəhayət, Nikol Paşinyanın Azərbaycan Prezidenti cənab İlham Əliyev və Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın təklif etdikləri “altılıq platforması”na qoşulması labüd ola bilər”.

Tarix
2021.06.21 / 13:05
Müəllif
Turan Rzayev
Digər xəbərlər

Tramp onu Bakıya göndərdi: Prezidentlə görüş... - Foto

ABŞ-İran sazişi müharibədə “60 günlük fasilə”dir

Tahir Qarayev və Sumqayıt şirkətinə sanksiya tətbiq edildi

İslahatların yeni mərhələsi: İki qurum birləşir

Müəllimlər də vahid geyimə keçsə... - Ekspert

Əli Əsədov Özbəkistan prezidenti ilə görüşdü

İlham Əliyev Niderlandın baş naziri ilə danışdı

ABŞ-İran gərginliyi ilə bağlı rəsmi Bakının mövqeyi...

Əli Əsədov Özbəkistana getdi

İlham Əliyev Roma Papasını Azərbaycana dəvət etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla