Yuxarı

Ərdoğan Bakı ilə yeni müqavilələri anons etdi...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iki qardaş ölkə arasında yeni müqavilələrin imzalanacağını bəyan edib. Müttəfiqlik Münasibətləri haqqında Şuşa Bəyannaməsinin imzalanmasından sonra Azərbaycan və Türkiyə arasındakı strateji əməkdaşlığın yeni mərhələyə qədəm qoyacağı gözlənilir. Bəs, söhbət hansı yeni müqavilələrdən gedə bilər?

Axar.az xəbər verir ki, bu suala millət vəkili, iqtisadçı-alim Vüqar Bayramov cavab olaraq Şuşa Bəyannaməsində əməkdaşlığın yeni istiqamətlərinin təsbit olunduğunu bildirib.

“Vacib istiqamətlərdən biri məhz bəyannamədə nəzərdə tutulduğu kimi, malların sərbəst hərəkətinin təşkili mexanizmlərinin yaradılması istiqamətində zəruri tədbirlərin həyata keçirilməsidir. Bu il martın 1-dən qüvvəyə minən Azərbaycan ilə Türkiyə arasında Preferensial Ticarət Sazişi artıq 15 mal qrupu üzrə qarşılıqlı güzəştlərin tətbiq olunmasını əhatə edir. Bu sahədəki anlaşmaların əsas məqsədi iki ölkə arasındakı ticarət dövriyyəsini hədəflənən həcmə çatdırmaqdan ibarətdir. Belə ki, qardaş ölkələr növbəti 3 il ərzində ticarət dövriyyəsinin 15 milyard dollara çatdırılması ilə bağlı hədəf müəyyənləşdiriblər. 4.5 milyard dollarlıq ticarət dövriyyəsi ilə Türkiyə İtaliyadan sonra Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır. Bəyannamənin imzalanmasından sonra bu sahədə yeni addımların atılacağı gözləniləndir. Nəticədə iki qardaş ölkə arasında ticarət dövriyyəsinin artacağı hədəflənir”, - millət vəkili qeyd edib.

V.Bayramov bildirib ki, beynəlxalq nəqliyyat dəhlizlərinin Azərbaycan-Türkiyə hissələrində tranzit-nəqliyyat potensialının daha da inkişafı, Azərbaycan və Türkiyəni birləşdirən Zəngəzur dəhlizinin açılması, regionda nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafının təşviq edilməsinin bəyannamədə nəzərdə tutulduğunu nəzərə alsaq, bu sahədə də əməkdaşlıq güclənəcək:

“Türkiyə və Azərbaycan beynəlxalq yükdaşımalar üzrə siyasətlərini əlaqələndirmək üzrə xeyli müddətdir ki, birgə fəaliyyət həyata keçirirlər. Dəhliz Şərq-Qərb nəqliyyat dəhlizinə inteqrasiya olunacaq və bu, hər iki ölkə üzərindən daşınan yüklərin həcminin artmasına səbəb olacaq.

Bütövlükdə, iki ölkə arasında iqtisadi sahədə əməkdaşlığın dərinləşməsi və Şuşa Bəyannaməsinə uyğun olaraq yeni anlaşmaların olacağı gözlənilir”.

Tarix
2021.06.22 / 11:59
Müəllif
Mirvari Əzizova
Şərhlər
Digər xəbərlər

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla