Yuxarı

Şuşa Bəyannaməsi Qazaxıstanı hərəkətə gətirdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şuşa Bəyannaməsi Qazaxıstanı hərəkətə gətirdi

Qazaxıstanın Baş nazirinin müavini, xarici işlər naziri Muxtar Tleuberdi Azərbaycana səfər edərək Prezident İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramovla görüşdü. Qazaxıstan Azərbaycanla strateji əlaqələri üst səviyyəyə qaldırmaq istəyir, bunu Muxtar Tleuberdinin Azərbaycan Prezidenti və xarici işlər naziri ilə görüşündə söylədiyi açıqlamalardan da müəyyənləşdirmək olar.

Axar.az xəbər verir ki, bu sözləri Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib.

O deyib ki, Muxtar Tleuberdinin Bakıda Prezidentlə və azərbaycanlı həmkarı ilə görüşdə səsləndirdirdiyi açıqlamaları bu şəkildə qruplaşdırmaq olar:

“1. Qazaxıstan Ermənistanla birgə Avrasiya İqtisadi Birliyinin və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür. Buna baxmayaraq, Qazaxıstan Cənubi Qafqazda məhz Azərbaycanla strateji tərəfdaşlığı gücləndirmək istəyir.

2. Qazaxıstan Azərbaycanın Qarabağ müharibəsində qazandığı qələbəyə sevinir. Azərbaycan və Türkiyə prezidentlərinin Şuşada müttəfiqliklə bağlı imzaladıqları bəyannamə də Qazaxıstanın diqqətini çəkib. Azərbaycanla Türkiyə arasında güclənən siyasi, iqtisadi və hərbi ittifaqın tədricən Mərkəzi Asiyaya uzanması perspektivi var. Qazaxıstan, Özbəkistan və Qırğızıstan gələcəkdə bu ittifaqın tərkib hissəsi ola bilər. Misal üçün Qırğızıstanın yeni Prezidenti Sadır Japarov bir müddət əvvəl Ankaraya gedərək Türkiyə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanla görüşdü. Qırğızıstan prezidenti Ərdoğanla görüşdə iki ölkə arasında əlaqələri daha üst səviyyəyə qaldırmaq istədiyini dedi.

3. Zəngəzur dəhlizinin açılması ilə Türkiyə, Azərbaycan və Mərkəzi Asiya ölkələri bir-birlərinə daha sıx bağlanacaqlar. Buna qədər isə bu ölkələr siyasi, iqtisadi və hərbi əlaqələrini gücləndirəcəklər. Bu ölkələrin birgə hərbi texnika istehsalından tutmuş, birgə hərbi təlimlərə qədər addımlar atacağını proqnozlaşdırmaq mümkündür. Bu türkdilli dövlətlərin arasındakı inteqrasiyanın gücləndirilməsində əhəmiyyətli rol oynayacaq”.

Tarix
2021.06.22 / 16:25
Müəllif
Turan Rzayev
Digər xəbərlər

Türkiyədə Azərbaycana qarşı kampaniya... - MM

Forumda sənədlər mübadilə edildi - Foto

Təhsil bir nömrəli prioritetdir - İlham Əliyev

Özünüz yoxlayın, saxta xəbərlərə etibar etməyin!

İlham Əliyev: Azərbaycan yeganə ölkədir ki...

Bakıda foruma qatılanların aktivləri 30 trilyon dollardır

Bizim regionda geosiyasi vəziyyət dəyişsə...

Bəzi ənənəvi təchizat zəncirləri müəyyən risklərlə üzləşir

İlham Əliyev bu tədbirdə iştirak etdi - Video

Prezident: Biz onu bir gündə sıfırlaya bilərik

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla