Yuxarı

Təhsil bir nömrəli prioritetdir - İlham Əliyev

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Təhsil bir nömrəli prioritetdir - İlham Əliyev

Təhsil bir nömrəli prioritetdir.

Axar.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində təşkil olunan “Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi” mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.

Prezident bildirib ki, hazırlıqlı kadrlar olmadan qarşıya qoyulan məqsədlərə nail olmaq mümkün deyil.

“Burada bir neçə amil var. Onlardan biri potensialın gücləndirilməsidir və hazırda təhsil sahəsində çox iş görülür. Bir müddətdir fəaliyyət göstərən Kibertəhlükəsizlik Mərkəzi bu istiqamətdə atılan ilk mühüm addımdır”, – dövlət başçısı vurğulayıb.

Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycanın ucuz enerji imkanları və əlverişli coğrafi mövqeyi kimi praktiki üstünlükləri var.

“Biz Avropa ilə Asiya arasında yerləşirik. Şimal və qərb istiqamətlərinə uzanan fiber-optik xətlərimiz var. Bu ilin sonunadək Azərbaycanla Qazaxıstanı Xəzər dənizinin dibi ilə birləşdirən layihəni tamamlayacağıq”, – Prezident deyib.

Dövlət başçısı Azərbaycanın qlobal iqtisadiyyatın ümumi inkişaf tendensiyalarına uyğun hərəkət etmək istədiyini bildirib.

“Bu məqsədlə hipermiqyaslı texnologiya şirkətləri, sizin təmsil etdiyiniz qurum və dünən görüşdüyüm təşkilat kimi tərəfdaşlarla fəal işləməliyik ki, onlar Azərbaycana investisiya imkanları baxımından nəzər salsınlar”, – Prezident İlham Əliyev qeyd edib.

Prezident bildirib ki, təhlükəsizlik, əlverişli investisiya mühiti, proqnozlaşdırıla bilən vergi qaydaları və investorlara dost iqtisadiyyat bunun üçün əsas ilkin şərtlərdir.

“Bunlar kifayət qədər cəlbedici olarsa, uğur qazanacağıq. Əks halda, tərəfdaşlarımızdan Azərbaycana uzunmüddətli investor kimi gəlmələri üçün daha nələrin edilməli olduğunu bizə bildirmələrini xahiş edəcəyik”, – dövlət başçısı vurğulayıb.

Tarix
2026.09.26 / 11:43
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistan çobanı Azərbaycana qaytarır

Ərdoğanın Əliyevə zənginin şifrələri...

İranla sərhədin tam nəzarətə götürülməsindən 6 il ötür

Azərbaycanda bu ərazilər xüsusi qorunacaq - Siyahı

Ərdoğanın Əliyevə zəngi və 3 mesajı - Generaldan isti şərh

İrəvanın Musayev “tamaşası”: Paşinyan nə oyun oynayır?

Ərdoğan İlham Əliyevə zəng etdi - Təcili

Atatürkə dil uzadanlar Əliyevə də dil uzadır - Video

Qazaxıstandan izahat gözləyirik - Rusiya XİN

Prezident Qırğızıstanla imzalanan bu sazişləri təsdiqlədi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla