Yuxarı

"Minkənd" Kiçik Su Elektrik Stansiyasının açılışı oldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Minkənd" Kiçik Su Elektrik Stansiyasının açılışı oldu

Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə sentyabrın 26-da Bakıda Konqres Mərkəzində onlayn formatda Mingəçevir Sənaye Parkında "Textile Horizon" MMC-nin "Tekstil Klasteri" layihəsi üzrə istehsal müəssisəsinin təməlqoyma mərasimi keçirilib.

Axar.az xəbər verir ki, Prezident İlham Əliyev, "Azərşəkər" MMC-nin İdarə Heyətinin sədri Nəsib İslamzadə və "Global Textile Group"un sədri Muzaffar Razakov müəssisənin onlayn formatda təməlinin qoyulmasını bildirən düyməni basdılar.

Qeyd edək ki, ötən il Mingəçevir Sənaye Parkının rezidenti statusu verilən "Textile Horizon" MMC-nin təsisçiləri "Azərşəkər" MMC, "Global Textile" LLC və Azərbaycan-Özbəkistan İnvestisiya Fondudur. Layihə çərçivəsində pambıq əkinindən başlayaraq, mahlıc, iplik, parça və son tekstil məhsullarının istehsalı nəzərdə tutulur. Müəssisə Mingəçevir Sənaye Parkının rezidentlərinə verilən bütün vergi və gömrük güzəştlərindən yararlanacaq. Sahəsi 11,2 hektar olan müəssisədə ildə 16 min ton mahlıc, 11 min ton iplik, 7,3 min ton boyalı parça və 11 milyon köynək istehsalı nəzərdə tutulur. Məhsulların daxili bazarla yanaşı, ixracı da planlaşdırılır.

Həmçinin İlham Əliyevin iştirakı ilə sentyabrın 26-da Bakıda Konqres Mərkəzində onlayn formatda Laçın rayonunda "Minkənd" Kiçik Su Elektrik Stansiyasının açılışı olub.

Prezident İlham Əliyev və Türkiyənin "Demirören Holdinq"inin prezidenti Yıldırım Demirören stansiyanın onlayn formatda açılışını bildirən düyməni basdılar.

Qeyd edək ki, dövlət başçısının rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə yaşıl enerji potensialının reallaşdırılması istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Bu baxımdan, Kəlbəcər və Laçında kiçik su elektrik stansiyalarının bərpası, tikintisi və uzunmüddətli istismarı layihəsi xüsusi əhəmiyyət kəsb edir. Bu layihəyə daxil olan "Minkənd" Kiçik Su Elektrik Stansiyasının qoyuluş gücü 3,2 MVt, gözlənilən illik elektrik enerjisi istehsalı isə 11,8 milyon kVt/saat təşkil edir. Stansiya Avstriya və İtaliya texnologiyaları əsasında qurulub.

Kəlbəcər və Laçında kiçik su elektrik stansiyalarının bərpası, tikintisi və uzunmüddətli istismarını əhatə edən layihə Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində və dövlət-özəl tərəfdaşlığı prinsipi əsasında həyata keçirilir. Ümumi dəyəri 53,2 milyon manat olan layihəyə "Minkənd", "Qalaca-1", "Qalaca-2", "Malıbəy" və "Tərtər-1" kiçik su elektrik stansiyaları daxildir. Digər stansiyaların 2026-cı ilin sonunadək istismara verilməsi nəzərdə tutulur. Onların istismar müddəti 30 ildir. Layihə üzrə ümumi qoyuluş gücü 12,9 MVt, gözlənilən illik elektrik enerjisi istehsalı 44,1 milyon kVt/ saatdır. Layihəyə işğaldan azad olunmuş ərazilər üçün nəzərdə tutulan güzəşt və azadolmalar tətbiq edilib, həmçinin İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən güzəştli kredit verilib.

Layihə ilə bağlı fəaliyyət göstərən "Green Karabakh Energy" MMC-də "Demirören Holdinq" və Azərbaycan Biznesinin İnkişafı Fondu iştirak payına malikdir.

Tarix
2026.09.26 / 12:07
Müəllif
Axar.az
Digər xəbərlər

Forumda sənədlər mübadilə edildi - Foto

Təhsil bir nömrəli prioritetdir - İlham Əliyev

Özünüz yoxlayın, saxta xəbərlərə etibar etməyin!

İlham Əliyev: Azərbaycan yeganə ölkədir ki...

Bakıda foruma qatılanların aktivləri 30 trilyon dollardır

Bizim regionda geosiyasi vəziyyət dəyişsə...

Bəzi ənənəvi təchizat zəncirləri müəyyən risklərlə üzləşir

İlham Əliyev bu tədbirdə iştirak etdi - Video

Prezident: Biz onu bir gündə sıfırlaya bilərik

Bu gün iki mühüm müqavilə imzalanacaq - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla